Azərbaycan Respublikası	Müəllif Hüquqları Agentliyi

Xəbərlər

“İnformasiya cəmiyyətində müəlliflik və digər əqli mülkiyyət hüquqlarının mədəni, iqtisadi və hüquqi əhəmiyyəti” mövzusunda jurnalist yazıları müsabiqəsinin yekunlarına həsr olunan tədbir keçiriləcəkdir


Xəbər verildiyi kimi, Müəllif Hüquqları Agentliyi Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin inkişafına Dövlət Dəstəyi Fondu ilə birgə “İnformasiya cəmiyyətində müəlliflik və digər əqli mülkiyyət hüquqlarının mədəni, iqtisadi və hüquqi əhəmiyyəti” mövzusunda fərdi jurnalist yazıları müsabiqəsi keçirmişdir.

Çoxsaylı jurnalistlərin istirak etdiyi müsabiqə artıq başa çatmış və müsabiqəyə təqdim olunan yazılar ekspertlər tərəfindən nəzərdən keçirilərək, qaliblər müəyyən edilmişdir. 2018-ci il 26 yanvar tarixində Hökumət evinin “Dəyirmi zal”inda təntənəli şəkildə keçirələcək mərasimdə müsabiqə qaliblərinin adları elan ediləcək və  mükafatlandırılması olacaqdır. Tədbir saat 12:00-da başlayacaq.

Tədbirdə rəsmi qonaqların, KİV rəhbərlərinin, jurnalistlərin və ictimayyət nümayəndələrinin iştirakı gözlənilir.

Builki müsabiqənin məqsədi əqli mülkiyyət sahəsinin fəaliyyətinin, dayanaqlı inkişafının və şəffaflığının təmin edilməsi, Azərbaycan xalqına məxsus mədəni irsin qorunması, erməni plagiatçılığına qarşı mübarizə, müəlliflik hüququna və əlaqəli hüquqlara əsaslanan kreativ sənayenin müasir iqtisadiyyatda rolunun və əqli mülkiyyətin bilik və informasiya cəmiyyətinə təsirinin artırılması, o cümlədən bu sahədə hüquqi maarifləndirmənin genişləndirilməsi işinə kütləvi informasiya vasitələrinin cəlb edilməsi olmuşdur.

 

24.01.2018









Onlayn Konsultasiya -

Onlayn Konsultasiya

?