Azərbaycan Respublikası	Müəllif Hüquqları Agentliyi

2012-ci il 6-9 noyabr tarixlərində Bakıda Birləşmiş Millətlər Təşkilatı və Azərbaycan hökumətinin birgə təşkilatçılığı ilə İnternetin İdarəçiliyi üzrə Beynəlxalq Bakı Forumu keçiriləcəkdir


2012-ci il 6-9 noyabr tarixlərində Bakıda Birləşmiş Millətlər Təşkilatı və Azərbaycan hökumətinin birgə təşkilatçılığı ilə İnternetin İdarəçiliyi üzrə Beynəlxalq Bakı Forumu (www.intgovforum.org) keçiriləcəkdir.

2012-ci il 6-9 noyabr tarixlərində Bakıda Birləşmiş Millətlər Təşkilatı və Azərbaycan hökumətinin birgə təşkilatçılığı ilə İnternetin İdarəçiliyi üzrə Beynəlxalq Bakı Forumu (www.intgovforum.org) keçiriləcəkdir. Bu il yeddinci dəfə keçiriləcək Forumun müxtəlif bölmələrində internet idarəçiliyi və əqli mülkiyyət-informasiya texnologiyaları (İP-İT) sahəsinin 40-a yaxın, o cümlədən “Müəllif hüquqlarına yenidən baxış: bir sıra ümumi prinsipləri inkişaf etdirə bilərikmi?”, “İnternetin davamlı inkişafı üçün İnternet siyasəti infrastrukturu: əqli mülkiyyətin təminatındakı cəhdlərdən dərslər”, “İnternet piratçılığı və ifadə azadlığı”, “Davamlı rəqəmli mədəniyyət standartları”, “Online mühitdə hüquqi qaydanın qorunması”, “YUNESKO hüquqi strukturlar üzrə qlobal tədqiqata başlayır” və s. istiqamətləri üzrə vacib problemlər müzakirə ediləcək, İKT və əqli mülkiyyət sahəsində problemlərin çözümünə dair prezentasiyalar təqdim olunacaqdır. 
Azərbaycanda ilk dəfə təşkil edilən builki Forum “Davamlı insan, iqtisadi və sosial inkişaf məqsədləri üçün İnternetin idarəçiliyi” devizi altında keçirilir və onun başlıca məqsədi əqli mülkiyyət hüquqlarının qorunması və internetin açıqlığının təmin olunması arasında düzgün balans əldə edilməsi üzrə problemlərin müzakirəsi və bu sahədə mövqelərin birləşməsinə nail olmaqdır. Bununla əlaqədar Forumda əsas diqqət İnternetin idarəçiliyi, informasiya texnologiyaları və müəllif hüquqları sahəsinə aid qlobal səviyyədə qəbul olunan standart və prinsiplərin minimal toplusunun yaradılması məsələlərinə yönəldiləcəkdir.
“Bakı Ekspo” sərgi və toplantı mərkəzində keçiriləcək Forumda 100-ə yaxın ölkədən, beynəlxalq təşkilat və vətəndaş cəmiyyətlərindən rəsmi şəxslər, İnternet, informasiya texnologiyaları və əqli mülkiyyət sahəsində tanınmış mütəxəssislər və KİV nümayəndələrinin iştirakı gözlənilir. 
Forumun “Müəllif hüquqlarına yenidən baxış: bir sıra ümumi prinsipləri inkişaf etdirə bilərik?” başlığı altında keçirilən bölməsində prezentasiya ilə çıxış etmək üçün Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanov da dəvət almışdır. Həmin bölmənin təşkilatçı rəhbəri Almaniyanın Parlament üzvü cənab Jimmy Schulzun göndərdiyi dəvət məktubunda qeyd olunur ki, “Sizi İnternetin İdarəçiliyi Forumunun “Müəllif hüquqlarına yenidən baxış: bir sıra ümumi prinsipləri inkişaf etdirə bilərik?” bölməsində məruzə ilə çıxış etməyə dəvət etmək istəyirəm. ...İnanıram ki, Sizin müəllif hüquqları sahəsinə aid təcrübəniz seminarda böyük rol oynayacaqdır”. 
Ümumiyyətlə, son illər əqli mülkiyyət hüquqlarından İnternetdə istifadəni beynəlxalq səviyyədə tənzimləmək məqsədilə ölkəmizin mütəxəssislərinin də iştirakı ilə bir çox təşəbbüslər göstərilir. Yüksək informasiya texnologiyalarının inkişafına yeni stimul verəcək bu cür tədbirlərin Azərbaycanda təşkil olunması dövlətimizin artan beynəlxalq nüfuzunun daha bir göstəricisidir.
Forumun keçirildiyi günlərdə ölkəmizdə böyük telekommunikasiya sərgisi də təşkil olunacaqdır.









Onlayn Konsultasiya -

Onlayn Konsultasiya

?