Azərbaycan Respublikası	Müəllif Hüquqları Agentliyi

Cari ilin 23 sentyabr – 2 oktyabr tarixlərində İsveçrənin Cenevrə şəhərində Ümumdünya Əqli Mülkiyyət Təşkilatının üzv-dövlətlərinin Baş Assambleyasının 51-ci toplantısı keçirilmişdir


Cari ilin 23 sentyabr – 2 oktyabr tarixlərində İsveçrənin Cenevrə şəhərində Ümumdünya Əqli Mülkiyyət Təşkilatının üzv-dövlətlərinin Baş Assambleyasının 51-ci toplantısı keçirilmişdir.
Toplantıda Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT) illik fəaliyyəti barədə hesabat, onun inziçati idarəçiliyində olan konvensiya və müqavilələrin assambleyalarının hesabatları, yeni proqram və büdcə layihələrinin təsdiqi, yeni rəhbər orqanların seçilməsi və gündəlikdə duran digər məsələlər müzakirə olunmuşdur. Bununla yanaşı, ÜƏMT-nin rəhbər orqanlarına seçkilər keçirilmişdir.
ÜƏMT-nin rəhbər orqanlarına seçklər iki ildən bir keçirilir. Təşkilatın üç rəhbər orqanı vardır. Bunlar ÜƏMT-nin Baş Assambleyası, ÜƏMT-nin Konfransı və ÜƏMT-nin Əlaqələndirmə (Koordinasiya) Komitəsidir. 
ÜƏMT-nin Baş Assambleyası Paris və Bern İttifaqlarının üzvləri olan dövlətlərdən ibarətdir. Azərbaycan Respublikası Paris və Bern Konvensiyalarının üzvü olduğuna görə buraya daxildir. 
ÜƏMT-nin Konfransına Təşkilatın üzv dövlətlərinin hamısı daxildir. ÜƏMT-nin Əlaqələndirmə (Koordinasiya) Komitəsinin tərkibi isə yalnız Paris və Bern İttifaqlarının üzvləri sırasından xüsusi olaraq İcraçı Komitələrə seçilmiş dövlətlərdən ibarət olur. 
ÜƏMT-nin rəhbər orqanlarına builki seçklər zamanı Azərbaycan Respublikası Ümumdünya Əqli Mülkiyyət Təşkilatının “Ədəbi və bədii əsərlərin qorunması haqqında” Bern Konvensiyasına qoşulmuş ölkələrin Bern İttifaqının İcraçı Komitəsinə üzv seçilmişdir. Bununla da ölkəmiz ÜƏMT-nin fəaliyyətinin həyata keçirilməsində xüsusi rola malik olan Əlaqələndirmə (Koordinasiya) Komitəsinin üzvü olmuşdur. Baş Assambleyada ölkəmiz daha bir komitənin - ÜƏMT-nin Proqram və Büdcə Komitəsinin üzvü seçilmişdir. 
Azərbaycan Ümumdünya Əqli Mülkiyyət Təşkilatının inzibati idarəçiliyində olan konvensiya və müqavilələrin Assambleyalarında da təmsil olunmuşdur. Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyinin sədri K. İmanov iki il müddətinə ÜƏMT-nin Müəllif Hüququna dair Müqaviləsinin Assambleyasının sədri seçilmişdir. Məlumat üçün bildiririk ki, ÜƏMT-nin Müəllif Hüququna dair Müqaviləsi yeni rəqəmli erada müəllif hüquqlarının qorunmasına hüquqi təminat yaradan beynəlxalq sazişdir. 2013-cü ilin əvvəlinə olan vəziyyətə görə 90 dövlət, o cümlədən aparıcı dünya dövlətləri ona qoşulmuşdur. Azərbaycan Respublikası 2006-cı ildən həmin Müqaviləyə qoşulmuşdur.









Onlayn Konsultasiya -

Onlayn Konsultasiya

?