Azərbaycan Respublikası	Müəllif Hüquqları Agentliyi

Kamran İmanov: Erməni plagiatının kökləri ərazi iddiaları ilə sıx əlaqəlidir


13 Dekabr 2017 10:57 (UTC+04:00)

 

Bakı. Elçin Mehdiyev – Trend:

 

 

Erməni plagiatının kökləri ərazi iddiaları ilə sıx əlaqəlidir. Bu gün ermənilər tərəfindən qonşu xalqlara, xüsusən azərbaycanlılara xas qədim abidələrin, folklorun, xalq musiqisinin, mətbəx nümunələrinin, xalçaların, rəqslərin, eləcə də musiqi alətlərinin məqsədli şəkildə mənimsənilmə cəhdləri heç də “mədəniyyətlərarası inteqrasiya prosesi”nin təzahürü deyildir.

Trend-in məlumatına görə, bunu Bakıda təşkil olunan “Müəllif hüququna hörmətin aşılanması və rəqəmsal mühitdə piratçılığa və kontrafaktçılığa qarşı mübarizə” mövzusunda keçirilən beynəlxalq konfransda Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanov deyib.

K.İmanov qeyd edib ki, belə səylərin arxasında siyasi maraqların dayanması birmənalıdır.

Onun sözlərinə görə, məqsəd azərbaycanlılara məxsus maddi və qeyri-maddi mədəniyyət irsini, folklor nümunələrini, ənənəvi bilikləri özününküləşdirməklə, hayların guya Cənubi Qafqaz regionunun “avtoxton”, “ən qədim köklü sakinləri” olmasına, “Böyük hay mədəniyyəti”, “Böyük Ermənistan” xülyasının gerçəkləşdirilməsinə dair saxta “faktoloji materiallar” toplamaq və bu barədə beynəlxalq ictimaiyyətdə yanlış rəy yaratmaqdır:

“Erməni plagiatının kökləri ərazi iddiaları ilə sıx əlaqəlidir, işğal edilmiş Azərbaycan torpaqlarını imkan çərçivəsində özündə saxlayaraq, digər torpaqlara göz dikməkdir. Lakin o da bir həqiqətdir ki, Azərbaycan folklorunun və ənənəvi biliklərinin oğurlanması ilə yanaşı, erməniçilik folklor yaradıcılığının bir növünə – mif yaradıcılığına çox meyllidir, bu bir növ “milli istedaddır”. “Azərbaycan mədəni ənənələrinin özününküləşdirilməsi erməni-hay ənənəsi” və onun müasir residivlərinə sipər çəkilməlidir və çəkilir”.









Onlayn Konsultasiya -

Onlayn Konsultasiya

?