Azərbaycan Respublikası	Müəllif Hüquqları Agentliyi

Ümumdünya Əqli Mülkiyyət Təşkilatının üzv-dövlətlərinin Baş Assambleyasının növbədənkənar 52-ci toplantısı keçirilmişdir


2013-cü il 10-12 dekabr tarixlərində Cenevrədə Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT) üzv dövlətlərinin Baş Assambleyasının növbədənkənar 52-ci toplantısı keçirilmişdir. 

Toplantıda ÜƏMT-nin xarici ofisləri, 2014-cü ilin proqram və büdcə layihələri, ÜƏMT-nin Müəllif Hüququ və Əlaqəli Hüquqlar üzrə Daimi Komitəsinin fəaliyyəti, ÜƏMT-nin Standartlar üzrə Komitəsinin hesabatı, sənaye nümunələrinin qorunması üzrə diplomatik konfransın çağırılması və s. məsələlər müzakirə edilmişdir.
Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin və Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyinin nümayəndələrinin qatıldığı toplantı çərçivəsində ÜƏMT-nin rəhbərliyi və digər rəsmi şəxsləri ilə görüşlər keçirilmiş və əməkdaşlıq məsələləri müzakirə edilmişdir. 
Baş Assambleyanın iclaslarının keçirildiyi günlərdə eyni zamanda ölkəmizin daxil olduğu Regional qrup çərçivəsində ÜƏMT-nin üzv-dövlətlərinin nümayəndələri ilə görüşlər keçirilmiş, müzakirəyə çıxarılan məsələlər üzrə məsləhətləşmələr aparılmış, əməkdaşlıq məsələləri müzakirə edilmişdir.









Onlayn Konsultasiya -

Onlayn Konsultasiya

?