Azərbaycan Respublikası	Müəllif Hüquqları Agentliyi

12-13 oktyabr 2017-ci il tarixlərində Türkiyənin İstanbul şəhərində ÜƏMT-nin, Boğaziçi Universiteti və Türk Patent və Ticarət Nişanı Ofisinin birgə təşkilatçılığı ilə 7-ci illik ƏM Konfransı keçirilmişdir


12-13 oktyabr 2017-ci il tarixlərində Türkiyənin İstanbul şəhərində ÜƏMT-nin, Boğaziçi Universiteti və Türk Patent və Ticarət Nişanı Ofisinin birgə təşkilatçılığı ilə Uğurlu hekayələr: “Laboratoriyadan bazara” mövzusunda 7-ci illik ƏM Konfransı keçirilmişdir. Tədbirin gündəliyinin əsas mövzusu təcrübə mübadiləsinin aparılması, universitetlər və tədqiqat müəssisələrində innovasiyaların kommersiyalaşdırılması, tədqiqat və inkişaf tədbirlərində qabaqcıl təcrübənin öyrənilməsi, innovasiyaların təbliği üçün universitetlərdə ƏM sistemlərindən ağıllı istifadəsi olmuşdur.

Konfransı giriş sözü ilə açan Boğaziçi Universitetinin rektoru cənab Mehmet Özkan tədbir iştirakçılarına və dəvət olunan qonaqlara uğurlar arzulamışdır. Daha sonra «Texnologiyaların transfer ofisinin rolu üzrə ictimai institutların beynəlxalq, regional və milli strategiyaları» mövzusunda 1-ci panel, «Düşüncə və innovasiya və sahibkar gəminin uğurlu istismarına tərəfdar olan və ya əngəl törədən davranışları» mövzusunda 2-ci panel, «Uğurlu hekayə GlakoLense – Boğaziçi Universitetinin birgə əməkdaşlığı» - 3-cü panel, «Uğurlu hekayə TBD – Orta Şərq Texniki Universitetinin birgə əməkdaşlığı» ilə 4-cü panel baş tutmuşdur.

Tədbirin ikinci günü isə digər 3 panel təşkil olunmuşdur. 5-ci panel Universitetlərin: “ƏM siyasəti və ÜƏMT” mövzusunda təşkil olunmuşdur. Bu panelin moderatoru Ümumdünya  Əqli Mülkiyyət Təşkilatının rəsmisi cənab Mixail Svantner  olmuşdur. ÜƏMT-nin əməkdaşı - məsləhətçi cənab Mohammad Alhabbal, Boğaziçi Universitetinin professoru xanım Hanna Stakheyeva, Bakı Dövlət Universitetinin Hüquq şöbəsinin müdir müavini Gündüz Kərimov, Memarlıq və İnşaat Universitetinin Elmi araşdırmalar şöbəsinin müdiri Könül Əliyeva, Rusiya Dövlət Əqli Mülkiyyət Akademiyasının Elmi işlər və beynəlxalq araşdırmalar mərkəzinin direktoru xanım Maya Evdokimova, Novosibirsk Dövlət Universitetinin mühazirəçisi xanım Yekaterina Shekhtman, ÜƏMT-nin  Ukrayna nümayəndəsi olmuşlar. Sözügedən Panelin iştirakçısı olan Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyinin Əsərlərin qeydiyyatı və hüquq şöbəsinin müdiri Nadirə Bədəlbəyli universitetlərdə, elmi-tədqiqat müəssisələrində əqli mülkiyyət siyasəti ilə bağlı Azərbaycanda görülən işlər barədə Azərbaycanın təcrübəsini əhatə edən təqdimatla çıxış etmişdir. Onun çıxışı  panel iştirakçıları tərəfindən böyük maraqla qarşılanmış və panelin moderotoru cənab M. Svantner ÜƏMT və Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyinin birgə əməkdaşlığı və müsbət nəticələri barədə, görülən işlərin məhsuldarlığı və əhəmiyyəti haqqında öz fikirlərini konfrans iştirakçılarına bildirmişdir.

Tədbirin ikinci iş günündə digər panellər üzrə: Uğurlu hekayə "İsrail təcrübəsi ", Uğurlu hekayə "ABŞ təcrübəsi", Hüquqi Məsələlər və Türkiyədə Yeni Əqli Mülkiyyət Hüquqlarının Qanunu 6789 və  Patent qiymətləndirmə mövzularında çıxışlar təşkil edilmişdir.

Bununla da konfrans öz işini yekunlaşdırmışdır.

 

17.10.2017









Onlayn Konsultasiya -

Onlayn Konsultasiya

?