Azərbaycan Respublikası	Müəllif Hüquqları Agentliyi

Ümumdünya Əqli Mülkiyyət Təşkilatının Müəllif Hüquqları və Əlaqəli Hüquqlar üzrə Daimi Komitəsinin 26-cı sessiyası keçirilmişdir


2013-cü il 16-20 dekabr tarixlərində Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT) Müəllif Hüquqları və Əlaqəli Hüquqlar üzrə Daimi Komitəsinin 26-cı sessiyası keçirilmişdir.

Tədbirin gündəliyində “Yayım təşkilatlarının qorunması haqqında” Konvensiya layihəsi, həmçinin “Kitabxanalara və arxivlərə münasibətdə məhdudiyyətlər və istisnalar haqqında” və “Təhsil, tədris və elmi-tədqiqat müəssisələri üçün məhdudiyyətlər və istisnalar haqqında” beynəlxalq-hüquqi sənədlərin layihələrinin hazırlanması ilə bağlı məsələlər müzakirəyə təqdim olunmuşdu. 
Müzakirələr zamanı yayım təşkilatlarının hüquqları ilə geniş ictimaiyyətin maraqları arasında balans yaradılması baxımından yeni beynəlxalq qaydaların yaradılmasının vacibliyi və Daimi Komitə çərçivəsində müzakirəyə çıxarılan layihənin bu istiqamətdə nəticə əldə edilməsi baxımından vacib sənəd olduğu vurğulanmış, müzakirə prosesində yayım təşkilatlarının hüquqları, şəbəkə yayımı, proqram materialı və siqnalla bağlı məsələlər daha çox müzakirələrə səbəb olmuşdur.
Komitənin iclasları çərçivəsində həmçinin əsərlərdən istifadə ilə bağlı kitabxanalara, arxivlərə və təhsil, tədris və elmi-tədqiqat müəssisələrinə münasibətdə məhdudiyyətlər və istisnalar haqqında beynəlxalq-hüquqi sənədlərin layihələri müzakirə olunmuşdur. 
Daimi Komitənin sessiyasında Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyinin Beynəlxalq əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Natiq İsayev və Agentliyin tabeliyində Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzinin direktoru Aydın İsmayılov iştirak etmişlər.









Onlayn Konsultasiya -

Onlayn Konsultasiya

?