Azərbaycan Respublikası	Müəllif Hüquqları Agentliyi

Azərbaycan 1-ci, Ermənistan isə 38-ci oldu


27-09-2017    22:21

 

http://anews.az/az/azerbaycan-1-ci-ermenistan-ise-38-ci-oldu/

 

 

Dünya İqtisadi Forumu ölkələrin 2017-2018-ci illər Qlobal Rəqabətqabiliyyətlilik İndeksi üzrə rəqabətqabiliyyətlilik reytinqini dərc edib.

Müəllif Hüquqları Agentliyindən AzVision.az-a verilən məlumata görə, hesabata əsasən Azərbaycan əvvəlki illərlə müqayisədə öz mövqeyini möhkəmləndirərək 37-ci yerdən 35-ci yerə yüksəlib: "Reytinq 12 göstərici üzrə tərtib olunur və əqli mülkiyyət mövqeyindən birinci göstərici – "Təsisatlar” və on ikinci göstərici – "İnnovasiyalar” vacib əhəmiyyət daşıyır. "Təsisatlar” bölməsində "Əqli mülkiyyətin qorunması” göstəricisi üzrə Azərbaycan4,8 bal toplayaraq 37-ci yer tutur. Bununla da Azərbaycan ötən dövrlə – 2016-2017-ci illərlə müqayisədə "Əqli mülkiyyətin qorunması” göstəricisi üzrə tutduğu 71-ci yerdən 34 pillə yüksəlib”.

Agentlikdən əlavə ediblər ki, "Əqli mülkiyyətin qorunması” göstəricisi üzrə AzərbaycanMDB ölkələri arasında 1-ci yeri tutur. Cənubi Qafqaz ölkələri arasında lider olaraq Ermənistanı 38, Gürcüstanı isə 58 pillə qabaqlayır. 

"Əqli mülkiyyətin qorunması” ilə bağlı olan "İnnovasiyalar” mövqeyi üzrə Azərbaycan 33-cü yeri tutaraq müvafiq olaraq 70-ci yeri tutan Ermənistanı və 118-ci yeri tutan Gürcüstanı qabaqlayır və MDB ölkələri arasında lider dövlətdir.









Onlayn Konsultasiya -

Onlayn Konsultasiya

?