Azərbaycan Respublikası	Müəllif Hüquqları Agentliyi

“Əqli mülkiyyətin qorunması” göstəricisi üzrə Azərbaycan MDB ölkələri arasında 1-ci yeri tutur


27 Sentyabr 2017 16:31 (UTC+04:00)

 

https://az.trend.az/business/economy/2801408.html

 

Hüseyn Vəliyev

 

 

“Əqli mülkiyyətin qorunması” göstəricisi üzrə Azərbaycan MDB ölkələri arasında 1-ci yeri tutur.

Müəllif Hüquqları Agentliyindən Trend-ə verilən məlumata görə, Dünya İqtisadi Forumu ölkələrin 2017-2018-ci illər Qlobal Rəqabətqabiliyyətlilik İndeksi üzrə rəqabətqabiliyyətlilik reytinqini dərc edib.

Bu hesabata görə Azərbaycan əvvəlki illərlə müqayisədə öz mövqeyini daha da möhkəmləndirərək 37-ci yerdən 35-ci yerə yüksəlib. Reytinq 12 göstərici üzrə tərtib olunur və əqli mülkiyyət mövqeyindən birinci göstərici – “Təsisatlar” və on ikinci göstərici – “İnnovasiyalar” vacib əhəmiyyət daşıyırlar. “Təsisatlar” bölməsində “Əqli mülkiyyətin qorunması” göstəricisi üzrə Azərbaycan 4,8 bal toplayaraq 37-ci yer tutur.

Bununla da Azərbaycan ötən dövrlə – 2016-2017-ci illərlə müqayisədə “Əqli mülkiyyətin qorunması” göstəricisi üzrə tutduğu 71-ci yerdən 34 pillə yüksəlib.

“Əqli mülkiyyətin qorunması” göstəricisi üzrə Azərbaycan MDB ölkələri arasında 1-ci yeri tutur, Cənubi Qafqaz ölkələri arasında şəksiz lider olaraq Ermənistanı 38, Gürcüstanı isə 58 pillə qabaqlayır.

“Əqli mülkiyyətin qorunması” ilə bağlı olan “İnnovasiyalar” mövqeyi üzrə Azərbaycan 33-cü yeri tutaraq müvafiq olaraq 70-ci yeri tutan Ermənistanı və 118-ci yeri tutan Gürcüstanı qabaqlayır və MDB ölkələri arasında lider dövlətdir.

 

 

https://apa.az/xeber-az/sosial_xeberler/eqli-mulkiyyetin-qorunmasi-uzre-azerbaycan-ermenistani-38-pille-qabaqlayir-7694.html

 

http://son.az/az/news/270427/eqli-mulkiyyetin-qorunmasi-gostericisi-uzre-azerbaycan-mdb-olkeleri-arasinda-1-ci-yeri-tutur

 

http://anews.az/az/azerbaycan-1-ci-ermenistan-ise-38-ci-oldu/

 

http://strateq.az/sosial/200633/%C9%99qli-mulkiyy%C9%99tin-qorunmasi.html

 

https://news.milli.az/economy/585129.html

 

http://www.movqe.az/news/sosial/107028.html

 

https://news.day.az/azerinews/935967.html

 

http://www.1news.az/az/news/azerbaycan-eqli-mulkiyyetin-qorunmasi-sahesinde-mdb-olkeleri-arasinda-lider-dovletdir









Onlayn Konsultasiya -

Onlayn Konsultasiya

?