Azərbaycan Respublikası	Müəllif Hüquqları Agentliyi

2016-cı il 15-19 fevral tarixlərində İsveçrənin Cenevrə şəhərində Ümumdünya Əqli Mülkiyyət təşkilatının (ÜƏMT) Əqli mülkiyyət və genetik resurslar, ənənəvi biliklər və folklor üzrə Hökumətlərarası Komitəsinin 29-cu sessiyası keçirilmişdir


Komitənin iclasında ÜƏMT-nin 85 üzv dövlətinin nümayəndə heyətləri və Avropa İttifaqının nümayəndələri iştirak edirdi və eyni zamanda müşahidə qismində sessiyada 8 qeyri-hökumət təşkilatı, o cümlədən UNESCO, Afrika İttifaqı, Avropa Patent Təşkilatı və 23 qeyri-hökumət təşkilatları da iştirak edirdi.

Sessiyanın açılış mərasimində Ümumdünya Əqli Mülkiyyət Təşkilatının Baş direktoru Dr. Frensis Qarri giriş sözü ilə nümayəndə heyətlərini salamlayaraq, plenar iclasda müzakirə olunacaq məsələləri açıqladı və sessiyanın işinə uğurlar arzuladı. Komitənin yeni seçilmiş sədri cənab Yan Qoss (Avstraliya) sədrlik edirdi. Sessiyada Komitənin 28-ci sessiyasının hesabatı qəbul olundu, həmçinin qeyri-hökumət təşkilatlarının akkreditasiyası və s. məsələlərlə yanaşı, Əqli mülkiyyətə və genetik resurslara aid sənəd (WIPO/GRTKF/İC/29/4) layihəsi müzakirə edildi. Plenar iclaslar zamanı çıxış edənlər tərəfindən müqavilə layihəsinin ilkin təqdim olunmuş mətninə düzəlişlər və əlavələr edilməsi təklif olundu.
Genetik Resursların qorunması üzrə gələcək müqavilənin layihəsinə dair bütün işçi və informativ sənədlərin, o cümlədən WIPO/GRTKF/İC/29/4, WIPO/GRTKF/İC/29/5, WIPO/GRTKF/İC/29/6 və s. sənədlərin müzakirəsinin bu ilin may ayında keçiriləcək 30-cu sessiyada davam etdirilməsi barədə qərar qəbul edildi.
Tədbirdə Müəllif Hüquqları Agentliyinin Beynəlxalq əlaqələr və informasiya təminatı şöbəsinin baş məsləhətçisi Aydın İsmayılov iştirak edirdi.
Komitə həmçinin gündəlikdə olan digər məsələləri də müzakirə edərək müvafiq qərarlar qəbul etdi və bununla da öz işini başa çatdırdı.









Onlayn Konsultasiya -

Onlayn Konsultasiya

?