Azərbaycan Respublikası	Müəllif Hüquqları Agentliyi

İnformasiya cəmiyyətində müəlliflik və digər əqli mülkiyyət hüquqlarının mədəni, iqtisadi və hüquqi əhəmiyyəti


26 May    01:16

 

http://www.baki-xeber.com/sosial/61734.html

 

 

Qlo­bal­laş­ma və in­teq­ra­si­ya fo­nun­da hər bir xal­qın mil­li özü­nə­məx­sus­lu­ğu­nu şərt­lən­di­rən ən va­cib amil ki­mi mə­də­ni ir­si­nin təd­qi­qi və mü­ha­fi­zə­si dün­ya­nı dü­şün­dü­rən ak­tu­al mə­də­ni prob­le­mə çev­ri­lib. Azər­bay­can Res­pub­li­ka­sı ümum­dün­ya mə­də­niy­yə­ti­nin qlo­bal­laş­ma­sı meyl­lə­rin­dən kə­nar­da qal­ma­maq şər­ti ilə mil­li mə­də­niy­yə­tin özü­nə­məx­sus­lu­ğu­nun qo­run­ma­sı­nı Mil­li Təh­lü­kə­siz­lik Kon­sep­si­ya­sı­nın va­cib tər­kib his­sə­si sa­yır və döv­lət si­ya­sə­ti­nin əsas stra­te­ji hə­dəf­lə­rin­dən bi­ri he­sab edir.

Qeyd edək ki, xal­qı­mı­zın mad­di-mə­nə­vi ir­si öl­kə­mi­zin uzaq keç­mi­şi­nin zən­gin­li­yi­ni təs­diq et­mək­lə ya­na­şı, ey­ni za­man­da onun mil­li pas­por­tu he­sab edi­lə bi­lər. Mil­li-mə­də­ni ir­si­miz Azər­bay­can xal­qı­nın ta­ri­xi­ni özün­də ya­şa­dan zən­gin in­for­ma­si­ya mən­bə­yi­dir. Mad­di-mə­nə­vi ir­si­miz xal­qı­mı­zın bu tor­paq­la­rın qə­dim sa­kin­lə­ri ol­du­ğu­nu da­nıl­maz fakt­lar­la sü­bu­ta ye­ti­rir.

Mil­li-mə­nə­vi sər­vət­lə­ri­miz ta­ri­xən keç­di­yi yol­da mü­əy­yən çə­tin­lik­lər­lə, qa­da­ğa­lar­la qar­şı­laş­sa da, xal­qı­mız bu də­yər­lə­ri bü­tün dövr­lər­də qo­ru­yub sax­la­ya bi­lib. Hət­ta SSRİ döv­rün­də bu qa­da­ğa­lar xal­qın ru­hu­nu sar­sı­da bil­mə­di. Mil­li-mə­nə­vi də­yər­lə­ri­miz qo­run­du, ya­şa­dıl­dı və müs­tə­qil Azər­bay­ca­nı­mı­za ər­mə­ğan edil­di.

Onu da qeyd edək ki, bi­lik­lər və mə­də­niy­yət, iq­ti­sa­diy­yat və in­for­ma­si­ya cə­miy­yə­ti ara­sın­da müs­bət tə­sir­li va­si­tə ki­mi əq­li mül­kiy­yət sa­hə­si­nin da­vam­lı in­ki­şa­fı­na diq­qət ye­ti­ril­mə­si bu gün va­cib si­ya­si amil­lər­dən bi­ri­nə çev­ri­lib.

Mü­əl­lif hü­quq­la­rı­na da­ir ən mü­hüm bey­nəl­xalq ra­zı­laş­ma­lar 1883-cü il­də im­za­lan­mış Pa­ris Kon­ven­si­ya­sı və 1886-cı il­də im­za­lan­mış Bern Kon­ven­si­ya­sı­dır. Bu kon­ven­si­ya­lar­la sə­na­ye ye­ni­lik­lə­ri, bun­lar­la bağ­lı ya­ra­nan kom­mer­si­ya mə­sə­lə­lə­ri, əq­li mül­kiy­yət hü­quq­la­rı­nın qo­run­ma­sı möv­zu­sun­da bey­nəl­xalq əmək­daş­lıq, bu sa­hə­də eh­ti­yac du­yu­lan hü­qu­qi tən­zim­lə­mə­lər əha­tə olu­nub. İlk vaxt­lar yal­nız mü­qa­vi­lə­lə­rin hə­ya­ta ke­çi­ril­mə­si­ni iz­lə­mək məq­sə­di­lə ya­ra­dı­lan bir sı­ra bü­ro­lar isə za­man­la in­ki­şaf edə­rək Ümum­dün­ya Əq­li Mül­kiy­yət Təş­ki­la­tı­na çev­ri­lib.

ÜƏMT-yə üzv olan döv­lət­lə­rin sa­yı 200-ə ya­xın­dır. Azər­bay­can Res­pub­li­ka­sı isə 1995-ci il­də ÜƏMT-yə üzv olub və bu təş­ki­la­tın əq­li mül­kiy­yət hü­quq­la­rı­nın fərq­li sa­hə­lə­ri­ni tən­zim­lə­yən 23 ra­zı­laş­ma­sın­dan 17-si­nə tə­rəf­dir. Öl­kə­miz­də "Mü­əl­lif­lik hü­qu­qu və əla­qə­li hü­quq­lar haq­qın­da" Azər­bay­can Res­pub­li­ka­sı­nın Qa­nu­nu isə 1996-cı il iyu­nun 5-də qə­bul olu­nub, ok­tyab­rın 23-dən qüv­və­yə mi­nib.

Müa­sir dövr­də əq­li mül­kiy­yət hü­quq­la­rı­nın tə­mi­na­tı mil­li ir­sin, mil­li özü­nə­məx­sus­lu­ğun və adət-ənə­nə­lə­rin qo­ru­nub sax­lan­ma­sı və ya­ra­dıl­ma­sı­nın mü­hüm şər­ti ki­mi çı­xış edir. Ey­ni za­man­da, güc­lü mə­də­ni sə­na­ye­nin ya­ra­dıl­ma­sı və bi­lik­lə­rin tət­bi­qi, əq­li mül­kiy­yə­tin va­cib iq­ti­sa­di alə­tə və iq­ti­sa­di döv­riy­yə­nin fə­al ele­men­ti­nə çev­ril­mə­si, in­for­ma­si­ya tex­no­lo­gi­ya­la­rı­nın əq­li mül­kiy­yət hü­quq­la­rı ilə qo­run­ma­sı bu sa­hə­də za­ma­nın ça­ğı­rış­la­rı­na uy­ğun olan qa­nun­ve­ri­ci­lik və ida­rə­çi­lik sis­te­mi­nin ol­ma­sı­nı tə­ləb edir. Azər­bay­ca­nın mü­əl­lif­lik hü­qu­qu və di­gər ox­şar əq­li mül­kiy­yət hü­quq­la­rı sis­te­mi­nin ar­tıq 20 il­dən ar­tıq ta­ri­xi var. Mü­əl­li­fi ümum­mil­li li­der Hey­dər Əli­ye­vin ol­du­ğu bu sis­tem ha­zır­da Azər­bay­can Res­pub­li­ka­sı­nın Pre­zi­den­ti İl­ham Əli­ye­vin səy­lə­ri sa­yə­sin­də in­ten­siv su­rət­də in­ki­şaf edir və Azər­bay­can Av­ro­pa və MDB mə­ka­nın­da ən zən­gin qa­nun­ve­ri­ci­lik ba­za­sı­na ma­lik olan öl­kə­lər­dən bi­ri­dir. Əq­li mül­kiy­yət sis­te­mi yük­sək temp­lər­lə in­ki­şaf edir və cə­miy­yə­tin in­ki­şa­fın­da əhə­miy­yə­ti dur­ma­dan ar­tır.

Əq­li mül­kiy­yət mə­də­niy­yə­ti­nin for­ma­laş­dı­rıl­ma­sı

Müa­sir döv­rün ən va­cib prob­lem­lə­rin­dən bi­ri əq­li mül­kiy­yət mə­də­niy­yə­ti­nin for­ma­laş­dı­rıl­ma­sı­dır. Eks­pert­lə­rin fik­rin­cə, bu­nun üçün pi­rat­çı­lı­ğa və sax­ta­mal­çı­lı­ğa qar­şı mü­ba­ri­zə güc­lən­di­ril­mə­li, mü­əl­lif­lər, on­la­rın və­rə­sə­lə­ri, ifa­çı­lar, fo­noq­ram is­teh­sal­çı­la­rı, ya­yım təş­ki­lat­la­rı və di­gər is­teh­sal­çı­la­rın qa­nu­ni ma­raq­la­rı­nın və is­teh­lak­çı­la­rın hü­quq­la­rı­nın qo­run­ma­sı tə­min edil­mə­li­dir.

Mə­lu­mat üçün bil­di­rək ki, Azər­bay­can Res­pub­li­ka­sı pi­rat­çı­lı­ğa və sax­ta­mal­çı­lı­ğa qar­şı bey­nəl­xalq sə­viy­yə­də mü­ba­ri­zə­nin fə­al iş­ti­rak­çı­la­rın­dan bi­ri­dir. Öl­kə­miz­də bu sa­hə­də bir sı­ra təd­bir­lər, o cüm­lə­dən əq­li mül­kiy­yət hü­quq­la­rı­nın tə­mi­na­tı və pi­rat­çı­lı­ğa qar­şı mü­ba­ri­zə­yə və sax­ta­mal­çı­lı­ğa həsr edil­miş bey­nəl­xalq sim­po­zi­um­lar ke­çi­ri­lib. Pi­rat­çı­lıq­la mü­ba­ri­zə sa­hə­sin­də bey­nəl­xalq təc­rü­bə nə­zə­rə alın­maq­la "Əq­li mül­kiy­yət hü­quq­la­rı­nın tə­mi­na­tı və pi­rat­çı­lıq­la mü­ba­ri­zə haq­qın­da" Qa­nun qə­bul edi­lib.

Pi­rat­çı­lı­ğın sə­viy­yə­si­nin azal­dıl­ma­sı is­ti­qa­mə­tin­də gö­rü­lən mü­hüm təd­bir­lər nə­ti­cə­sin­də öl­kə­miz­də bu sa­hə­də əhə­miy­yət­li irə­li­lə­yiş­lə­rə na­il olu­nub.

Mü­əl­lif­lik hü­qu­qu­nun in­ki­şa­fı­na dəs­tək

Mü­əl­lif Hü­quq­la­rı Agent­li­yi­nin səd­ri Kam­ran İma­no­vun söz­lə­ri­nə gö­rə, Azər­bay­can­da mü­əl­lif-hü­quq sa­hə­si­nin in­ki­şa­fı­na döv­lət tə­rə­fin­dən bö­yük diq­qət ye­ti­ri­lir. Bu, öl­kə­miz­də hə­ya­ta ke­çi­ri­lən çox­şa­xə­li iq­ti­sa­di is­la­hat­la­rın və məq­səd­yön­lü si­ya­sə­tin uğur­lu nə­ti­cə­lə­rin­dən­dir.  Öl­kə­miz­də əq­li mül­kiy­yə­tə yö­nəl­di­lən diq­qət və qay­ğı, "Azər­bay­can 2020: gə­lə­cə­yə ba­xış" İn­ki­şaf Kon­sep­si­ya­sın­da bu sa­hə­nin prio­ri­tet is­ti­qa­mət ki­mi qə­bul edil­mə­si Azər­bay­can­da mü­əl­lif­lik hü­qu­qu­nun in­ki­şa­fı­na bö­yük dəs­tək ve­rir: "Pre­zi­dent İl­ham Əli­yev tə­rə­fin­dən təs­diq­lə­nən "Azər­bay­can 2020-gə­lə­cə­yə ba­xış" in­ki­şaf kon­sep­si­ya­sın­da əq­li mül­kiy­yət sa­hə­si prio­ri­tet is­ti­qa­mət ki­mi qə­bul edi­lib. "Əq­li mül­kiy­yət hü­quq­la­rı­nın tə­mi­na­tı və pi­rat­çı­lı­ğa qar­şı mü­ba­ri­zə" haq­qın­da Qa­nun əq­li mül­kiy­yə­tin bü­tün növ­lə­ri üçün ye­ni im­kan­lar açır. Azər­bay­can­da əq­li mül­kiy­yət sa­hə­sin­də bir sı­ra qa­nun­lar ol­sa da, bu qa­nu­nun əq­li mül­kiy­yət hü­quq­la­rı­nın qo­run­ma­sın­da və pi­rat­çı­lı­ğa qar­şı mü­ba­ri­zə­də xü­su­si ro­lu var.

Ha­zır­da Azər­bay­can əq­li mül­kiy­yə­tin qo­run­ma­sı sa­hə­sin­də MDB mə­ka­nın­da şə­rik­siz li­der möv­qe­yin­də­dir. Öl­kə­miz bu sa­hə­də bir çox öl­kə­lə­ri qa­baq­la­ya­raq ön sı­ra­da yer alıb.

Xü­su­si ola­raq qeyd et­mək la­zım­dır ki, Pre­zi­dent İl­ham Əli­ye­vin qay­ğı­sı və dəs­tə­yi nə­ti­cə­sin­də bey­nəl­xalq əq­li mül­kiy­yət ic­ti­ma­iy­yə­ti Azər­bay­ca­nın bu is­ti­qa­mət­də­ki uğur­la­rı­nı yük­sək qiy­mət­lən­di­rir".

İq­ti­sa­diy­yat­da əq­li mül­kiy­yə­tin ro­lu

Azər­bay­can üçün əq­li mül­kiy­yə­tin iq­ti­sa­di əhə­miy­yə­ti şüb­hə­siz­dir. Bu gün elm və cə­miy­yə­tin in­ki­şa­fı üçün əl­ve­riş­li şə­rai­tin tə­min edil­mə­si, əq­li mül­kiy­yə­tin bi­lik­lə­rə əsas­la­nan iq­ti­sa­diy­ya­tın in­ki­şa­fın­da güc­lü va­si­tə­yə çev­ril­mə­si və in­for­ma­si­ya cə­miy­yə­ti­nin in­ki­şa­fın­da ge­niş is­ti­fa­də olun­ma­sı va­cib əhə­miy­yət da­şı­yır. Əq­li mül­kiy­yət hü­quq­la­rı­nın sağ­lam rə­qa­bə­ti və ti­ca­rə­tin in­ki­şa­fı­nı şərt­lən­di­rən əsas amil­lər­dən bi­ri ol­du­ğu da şüb­hə­siz­dir.

İq­ti­sa­diy­yat­da əq­li mül­kiy­yə­tin ar­tan ro­lu mü­əs­si­sə, fir­ma və di­gər təş­ki­lat­lar­da qey­ri-mad­di ak­tiv­lə­rin pa­yı­nın art­ma­sı və mad­di ak­tiv­lə­rin isə nis­bət pa­yı­nın azal­dıl­ma­sı ilə mü­şa­hi­də olu­nur. İq­ti­sa­di sub­yekt­lə­rin ak­tiv­lə­ri­nin ori­yen­ta­si­ya­sı­nın də­yi­şil­mə­si və əq­li mül­kiy­yə­tin ən də­yər­li ak­tiv ki­mi kom­mer­si­ya əqd­lə­rin­də iş­ti­ra­kı ak­tiv­lər­də olan əq­li mül­kiy­yət ob­yekt­lə­ri­nin də­yər­lən­di­ril­mə­si­ni tə­ləb edir. Bu­nun­la əla­qə­dar Agent­lik­də əq­li mül­kiy­yət ak­tiv­lə­ri­nin də­yər­lən­di­ril­mə­si üz­rə "Biz­nes və əq­li mül­kiy­yət ob­yekt­lə­ri" prak­ti­ki töv­si­yə­lər ha­zır­la­nıb. Son 20 il­də əq­li mül­kiy­yət fe­no­me­ni sü­rət­lə in­ki­şaf edə­rək, in­ves­ti­si­ya­la­rın ya­ra­dı­cı­lı­ğa və ye­ni­lik­çi­li­yə cəlb edil­mə­sin­də və bu in­tel­lek­tu­al məh­sul­la­rın ya­yıl­ma­sın­da ən va­cib amil ki­mi çı­xış edir. Be­ton və də­mi­rə əsas­la­nan iq­ti­sa­diy­yat "bi­lik­lə­rə və ide­ya­la­ra əsas­la­nan iq­ti­sa­diy­ya­ta" çev­ri­lib və bu iq­ti­sa­diy­ya­tın əq­li mül­kiy­yə­tin­də cəm­lə­şən in­tel­lek­tu­al ka­pi­tal özü­nü əsas val­yu­ta ki­mi apa­rır. Qeyd edək ki, Azər­bay­can hö­ku­mə­ti əq­li mül­kiy­yət sa­hə­si­ni və əq­li mül­kiy­yət hü­quq­la­rı­nın tə­mi­na­tı­nı prio­ri­tet sa­hə ki­mi qə­bul edə­rək, dün­ya­da­kı də­yi­şik­lik­lə­ri diq­qət­lə iz­lə­yir və bu sa­hə­də di­na­mik in­ki­şa­fı tə­min et­mək üçün bir sı­ra komp­leks təd­bir­lər hə­ya­ta ke­çi­rir.

Qeyd edək ki, elm və tex­ni­ka­nın in­ki­şa­fı, rə­qəm və tex­no­lo­gi­ya­la­rın tət­bi­qi və ya­ra­dı­cı­lıq nə­ti­cə­lə­ri­nin is­ti­fa­də miq­ya­sı­nın ge­niş­lən­mə­si, əq­li mül­kiy­yət hü­quq­la­rı­nın iq­ti­sa­di əhə­miy­yə­ti­nin art­ma­sı, öl­kə da­xi­lin­də və bey­nəl­xalq qa­nun­ve­ri­ci­lik­də mü­əl­lif­lə­rin və di­gər hü­quq sa­hib­lə­ri­nin ma­raq­la­rı­nı təm­sil edən çox­say­lı ic­ti­mai təş­ki­lat­la­rın fəa­liy­yə­ti­nin ko­or­di­na­si­ya edil­mə­si və nə­za­rə­tin zə­ru­rə­ti, mü­əl­lif­lik hü­qu­qu və əla­qə­li hü­quq­lar sa­hə­sin­də hü­quq po­zun­tu­la­rı­nın sa­yı­nın art­ma­sı və nə­ha­yət, ic­ti­ma­iy­yət­də bu hü­quq po­zun­tu­la­rı­na qar­şı mü­na­si­bət və s. ona gə­ti­rib çı­xa­rıb ki, döv­lə­tin ənə­nə­vi qa­nun­ve­ri­ci­lik, tən­zim­lə­yi­ci və ida­rə­çi­lik funk­si­ya­la­rı ilə ya­na­şı, hə­min sa­hə­lər­də ko­or­di­na­si­ya və nə­za­rət funk­si­ya­la­rı­nın da əha­tə olun­ma­sı­nı tə­ləb edir. Agent­li­yin fəa­liy­yə­ti­nin təh­li­li və bey­nəl­xalq təc­rü­bə­nin öy­rə­nil­mə­si gös­tə­rir ki, döv­lə­tin bu sa­hə­də­ki ar­tan ro­lu bir sı­ra ye­ni is­ti­qa­mət­lə­ri əha­tə edə­cək.

Onu da bil­di­rək ki, ha­zır­da öl­kə­mi­zin əha­li­si­nin 80 fai­zi in­ter­net is­ti­fa­də­çi­si­dir. Bey­nəl­xalq Elek­tro­ra­bi­tə İt­ti­fa­qı he­sa­ba­tın­da gös­tə­rir ki, ca­ri ilin so­nu­na qə­dər dün­ya əha­li­si­nin 50 fai­zi in­ter­ne­tə qo­şu­la­caq. Ha­zır­da vir­tu­al aləm­də mü­şa­hi­də edi­lən meyl­lər­dən bi­ri əq­li mül­kiy­yə­tin və xü­su­sən mü­əl­lif­lik hü­qu­qu ilə qo­ru­nan ob­yekt­lə­rin in­ter­ne­tə miq­ra­si­ya­sı­dır, vir­tu­al şə­bə­kə­də is­ti­fa­də­si­nin art­ma­sı­dır. İn­ter­net­də sa­tı­lan mal­la­rın 50 fai­zin­dən ço­xu əq­li mül­kiy­yət ob­yekt­lə­ri­dir və on­la­rın hər be­şin­dən dör­dü mü­əl­lif­lik hü­qu­qu ilə qo­ru­nur.

 

 

Gü­nel CƏ­Lİ­LO­VA

 

Ya­zı Azər­bay­can Res­pub­li­ka­sı Mü­əl­lif Hü­quq­la­rı Agent­li­yi və Azər­bay­can Res­pub­li­ka­sı­nın Pre­zi­den­ti ya­nın­da Küt­lə­vi İn­for­ma­si­ya Va­si­tə­lə­ri­nin İn­ki­şa­fı­na Döv­lət Dəs­tə­yi Fon­du­nun ke­çir­di­yi mü­sa­bi­qə­yə təq­dim et­mək üçün­dür.









Onlayn Konsultasiya -

Onlayn Konsultasiya

?