Azərbaycan Respublikası	Müəllif Hüquqları Agentliyi

Ümumdünya Əqli Mülkiyyət Təşkilatı və Ukraynanın Əqli Mülkiyyət Dövlət Xidmətinin birgə təşkilatçılığı ilə Ukrayna Respublikasının Kiyev şəhərində 2-3 mart 2017-ci il tarixlərində müəlliflik hüququ və kollektiv idarəetmə üzrə seminar keçirilmişdir


Tədbirin birinci günü 6 mövzu üzrə - “ÜƏMT-nin müəllif hüquqları sahəsindəki yeni fəaliyyətləri, Pekin və Mərakeş müqavilələri və digər inkişaf prosesləri”; “Kollektiv idarəetmənin əsas hüquqi-siyasi və struktur aspektləri: beynəlxalq və Avropa hüququ çərçivəsində”; “Aİ Kollektiv Hüquqların İdarə Edilməsi haqqında Direktivlər: Beynəlxalq federasiyaların nəzər nöqtəsindən”; “Ukraynada kollektiv idarəetmə üzrə yeni hüquqi nizamlamalar”; “Kollektiv İdarəetmədə Şəffaflıq, Hesabatlılıq və İdarəetmənin mənbəyi kimi özünütənzimləmə. Qabaqcıl təcrübə mübadiləsi” və “Müəllif hüquqları və əlaqəli hüquqların Kollektiv idarəetməsi üzrə hazırki məsələlər” ÜƏMT-nin beynəlxalq ekspertləri, Fransanın, İngiltərənin, İrlandiyanın və Ukraynanın nümayəndələri çıxış ediblər.

Tədbirin ikinci günü 3 mövzu üzrə - “Kollektiv İdarəetmə Təşkilatlarının Repertuar və Məlumatlarının idarəedilməsi üzrə çağırışlar və həlli yolları”; “On-line Lisenziyalaşdırmanın hazırkı mənzərəsi”; “Milli qanunvericiliyin subyekti kimi kollektiv idaretmədə Şəffaflıq, hesabatlılıq və İdarəetmə : ölkələrin hesabatları” və “Ukraynada və regionda kolektiv idarəetmədə yeniliklər (çağırışlar). Öyrənilən dərslər” Belorusiya, Gürcüstan, Moldova nümayəndələri çıxış ediblər. Agentliyin nümayəndəsi, Əsərlərin qeydiyyatı və hüquq şöbəsinin müdiri Nadirə Bədəlbəyli “Əmlak hüquqlarının kollektiv idarəçiliyi və rəqəmli şəbəkə (Azərbaycan təcrübəsi və müasir çağırışlar)” adlı məruzə ilə çıxış etmişdir.

N.Bədəlbəyli bundan əlavə ölkəmizdə əmlak hüquqlarının kollektiv idarəçiliyinə dair qanunvericiliyin təkmilləşdirilməsi, normativ-hüquqi aktların qəbul edilməsi, əqli yaradıcılığın nəticələrindən qeyri-qanuni istifadə və mənimsəmələrin qarşısının alınması ilə bağlı həyata keçirilən davamlı və məqsədyönlü işlər, həmçinin müəlliflər və istifadəçilər arasında aparılan maarifləndirmə tədbirləri barədə məlumat verdi.

Tədbirin sonunda məruzələr ətrafında fikir mübadilələri aparılmışdır.

 

06.03.2017









Onlayn Konsultasiya -

Onlayn Konsultasiya

?