Azərbaycan Respublikası	Müəllif Hüquqları Agentliyi

Xəbərlər

Nəzarət markalarının tətbiqinə başlanıldı


“Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununun icrasını təmin etmək məqsədilə Müəllif Hüquqları Agentliyi  tərəfindən müəlliflik hüququ və əlaqəli hüquqlar obyektlərinin (audiovizual əsər, fonoqram, kompyuter proqramı, məlumat toplusu, kitab) nüsxələrinə yapışdırmaq üçün nəzarət markalarının verilməsinə başlanmışdır.

Nəzarət markalarının tətbiqi Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq Qərarı ilə təsdiq olunmuş "Nəzarət markasının forması, uçotu, istifadəsi və verilməsi Qaydaları"na uyğun olaraq həyata keçirilir.

Nəzarət markalarının tətbiqi əqli mülkiyyət məhsulları bazarında piratçılığın səviyyəsinin nəzərəçarpacaq dərəcədə aşağı salınmasına imkan yaradacaqdır.

Artıq Təhsil Nazirliyinin müvafiq icazəsi əsasında dərsliklərin satış üçün əlavə nüsxələrinin çapına icazə almış bir sıra nəşriyyatların, o cümlədən “Şərq-Qərb” ASC, “Təhsil Nəşriyyat-Poliqrafiya” MMC, “Radius”MMC, “Aspoliqraf LTD” MMC və “Altun-Kitab nəşriyyatı”ının müraciətləri əsasında onlara Müəllif Hüquqları Agentliyi tərəfindən nəzarət markalarının verilməsi təmin olunmuşdur. 

 









Onlayn Konsultasiya -

Onlayn Konsultasiya

?