Azərbaycan Respublikası	Müəllif Hüquqları Agentliyi

Xəbərlər

Ümumdünya Kitab və Müəlliflik Günü münasibəti ilə UNESCO-nun Baş Direktoru Xanım İrina Bokovanın müraciəti


23 Aprel 2016-cı il

 

 

Kitaba oxşar heç nə yoxdur.

Kitab keçmiş və gələcək arasında əlaqədir. Bu, nəsillər və mədəniyyətlər arasında bir körpüdür. Bu, müdriklik və biliklərin yaradılması və paylanması üçün bir qüvvədir.

Frank Kafka bir dəfə demişdir: “bizim qəlbimizdəki donmuş dənizləri parçalamaq üçün buz baltası olmalıdır.”

Bizim daxili dünyamıza pəncərə olan kitablar həmçinin bütün sərhədlər və müxtəlifliklərə baxmayaraq insanlar arasında qarşılıqlı hörmət və anlamaya bir girişdir.

Bütün formalarda olaraq kitablar insan təcrübəsinin çoxluğunu formalaşdıran, bütün qadınlar və kişilərin paylaşdığı məna və ifadələrin axtarışını ifadə edən, bütün cəmiyyətləri irəli aparan insan bacarığının müxtəlifliyini təcəssüm edir. Kitablar bəşəriyyətin eyni keçmişi, tarixi və irsi olan vahid ailə kimi birləşdirilməsinə,insan səylərinin böyük xorunda bütün səslərin eşidiləcəyi bir talenin (gələcəyin) qurulmasına kömək edir.

Bizim Beynəlxalq Naşirlər Assosiasiyası, Beynəlxalq Kitabsatanlar Federasiyası, Kitabxana Assosiasiyalarının Beynəlxalq Federasiyası və ilə təşkilatlarla əməkdaşlıqda keçirdiyimiz Ümumdünya Kitab və Müəlliflik Gününün amalı kitabların yaradıcılığı artırmaq və bütün mədəniyyətlərin qadınları və kişiləri arasında dialoqu yüksəltmək gücüdür. Mən 2016-cı il Ümumdünya Kitab Paytaxtı Varşavaya (Polşa) bu müraciətin bütün dünyada yayılması vəzifəsinə görə təşəkkürümü bildirirəm.

Bu məsələ mədəniyyət hücum (zərbə) altında olduğu, söz azadlığına təhlükə olduğu, müxtəlifliyin artan dözümsüzlük tərəfindən etirazla qarşılandığı dövrdə daha da vacibdir. Coşqun zamanlarda kitablar insan bacarığının real və təxəyyül dünyasında ifadə olunmasını təcəssüm edir və onları anlama, dialoq və tolerantlıq dilində ifadə edir. Onlar bizim qorumalı və müdafiə etməli olduğumuz ümid və dialoqun simvollarıdır.

Uilyam Şekspir 1616-cı il aprelin 23-də Servantesdən bir gün sonra vəfat etmişdir. Bu gün mən UNESCO-nun bütün tərəfdarlarını kitabların qarşıdurmanın qüvvəsi olmasını, Şekspir demişkən “bəşəriyyətin ümumi bəlası – axmaqlıq və cəhalətdir” müraciətini paylaşmağa çağırıram.

 

İrina Bokova









Onlayn Konsultasiya -

Onlayn Konsultasiya

?