Azərbaycan Respublikası	Müəllif Hüquqları Agentliyi

Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli 2421 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nın 10.2-ci bəndinin icrası ilə bağlı Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyində 2014-cü ildə görülmüş işlər barədə Hesabat


Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli 2421 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”ndan irəli gələn aidiyyəti vəzifələrin icrası ilə bağlı Agentlik sədrinin müvafiq əmri ilə təsdiq edilmiş “Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nın Müəllif Hüquqları Agentliyi üzrə icrası ilə bağlı Tədbirlər Planı”na uyğun olaraq, cari ildə Agentliyin aparatında çalışan dövlət qulluqçuları üçün Korrupsiya barədə məlumat vermə, qərəzsizlik, imtiyazların və ya güzəştlərin əldə edilməsinə yol verilməməsi, maraqların toqquşması və digər etik davranış qaydaları üzrə mütəmadi müzakirələr keçirilmiş, etik davranış məsələləri üzrə maarifləndirmə işləri aparılmışdır.

Bununla yanaşı, “Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyinin Aparatında çalışan dövlət qulluqçularının xidməti davranış qaydaları və prinsipləri” broşuru yenidən nəşr edilmiş və dövlət qulluqçularına paylanmışdır. Həmçinin etik məsələlərlə bağlı müraciət etmək üçün Agentliyin saytında “Etik davranış qaydaları” bölməsində “Etik davranış məsələləri ilə bağlı Agentliyə onlayn müraciət” pəncərəsi yaradılmış və vətəndaşların istifadəsinə verilmişdir. 
Agentlik üzrə etik müvəkkil Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu məsələləri üzrə Komissiyanın təşkil etdiyi “Etik məsələlərə dair tapşırıqlar”, “Etik dilemmaların həlli” və digər mövzuları əhatə edən təlimdə iştirak etmiş və müvafiq sertifikat almışdır.
2014-cü il ərzində Agentlikdə etik davranış qaydalarının iki pozulması halı qeydə alınmış və iki dövlət qulluqçusu barəsində “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 25.2.1-ci maddəsi əsas tutularaq müvafiq intizam tənbeh tədbiri tətbiq edilmişdir.









Onlayn Konsultasiya -

Onlayn Konsultasiya

?