Azərbaycan Respublikası	Müəllif Hüquqları Agentliyi

Kamran İmanov: «Azərbaycanda piratçılığa qarşı xüsusi cəza sistemi hazırlanır»


4 iyul 2014 

Bu gün piratçılığın inkişafı bütün dünya üçün bir bəlaya çevrilib.
Bunu SalamNews-a açıqlamasında Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanov bildirib.
O, piratçılığın son dövrlərdə xüsusilə rəqəmli şəbəkədə artdığını qeyd edib: «Bununla bağlı müəyyən tədbirlər həyata keçirməyə başlamışıq. Azərbaycan piratçılığa qarşı qanun qəbul etmiş ilk dövlətlərdəndir. Prezident İlham Əliyevin bu qanunla bağlı son sənədləri imzalayacağı gözlənilir.»
Agentlik sədri piratçılığa qarşı nəzərdə tutulmuş cəza sistemlərindən də danışıb: «Piratçılığa qarşı cəza sistemi hazırlanır. Azərbaycan bazarlarında tərkibində əqli mülkiyyət olan və qorunan obyektlər müvafiq nəzarət markaları vasitəsilə tənzimlənəcək. Bu nəzarət markasının olmaması 50 manat məbləğində cərimənin tətbiqi ilə nəticələnəcək. Bu sərt tədbirlərin hayata keçirilməsinin əsas səbəbi Azərbaycanın inkişaf etmiş ölkələr sırasına çıxmaq istəyidir. Bu da o deməkdir ki, ölkədə piratçılığın səviyyəsi MDB dövlətləri arasında ən aşağı göstəriciyə malikdir».

SalamNews









Onlayn Konsultasiya -

Onlayn Konsultasiya

?