Azərbaycan Respublikası	Müəllif Hüquqları Agentliyi

İnternetdə müəllif hüquqlarının qorunması sistemi işə salınır


29-08-2014

 

İstiqamet.com

Azərbaycanda internet şəbəkəsində müəllif hüquqlarının qorunması sisteminin işə salınması üzrə işlər yekun mərhələdədir. Bu barədə Trend-ə Azərbaycanın Müəllif Hüquqları Agentliyindən bildiriblər.
Agentlikdən deyiblər ki, söhbət rəqəmli monitorinq və lisenziyalaşdırma sisteminin tətbiqindən gedir: "İnternet şəbəkəsində müəllif hüquqlarının qorunması kifayət qədər mürəkkəb prosesdir. Bu layihə üzərində işlər intensiv şəkildə aparılır və yaxın gələcəkdə tam başa çatacaq".
Virtual mühitdə müəllif hüquqlarının qorunması ilə Agentlik yanında fəaliyyət göstərən Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzi məşğul olacaq və tənzimlənmə qanunvericilik səviyyəsində və bu sahədəki idarəetmə mexanizmləri ilə təmin ediləcək.
Dünyada virtual mühitdə müəllif hüquqlarının qorunmasının üç üsulu tətbiq edilir. Birincisi, şəbəkədən "müəllif hüquqları" anlayışının götürülməsini və müəllifə istinadən əsərlərdən azad istifadəni nəzərdə tutur. İkincisi, internet resurslarda müəllif hüquqları obyektlərinin azad istifadəsi halında müəllifə müəyyən mükafatın ödənilməsini ehtiva edir. Son variant qanunvericiliyin sərtləşdirilməsini və istifadəçilərin hüquqlarının bir qədər məhdudlaşdırılmasını nəzərdə tutur.
Agentlikdəki mənbənin fikrincə, Azərbaycan ikinci varianta üstünlük vermək niyyətindədir.









Onlayn Konsultasiya -

Onlayn Konsultasiya

?