Azərbaycan Respublikası	Müəllif Hüquqları Agentliyi

Azərbaycan Respublikası Müəllif Hüquqları Aqentliyi markalarının (ölçüsü: 18mm x 35mm) satın alınması ilə əlaqədər açıq tenderə dəvət edir.


Tender iştirakçılarına təklif edilir ki, “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, öz tender təkliflərini möhürlənmiş, imzalanmış, ikiqat bağlamada yazılı surətdə təqdim etsinlər.

Təkliflərin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir: aşağı qiymət, yüksək keyfiyyət, müqavilənin vaxtında yerinə yetirilməsi, təcrübəsi, maliyyə vəziyyəti. 

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi texniki və maliyyə imkanlarına malik olmalıdırlar. 

Tenderdə iştirak etmək istəyənlər aşağıdakı məbləğdə iştirak haqqının göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı şəhəri, Ü.Hacıbəyli küçəsi 84, Hökümət Evi ünvanında (Əlaqələndirici şəxs: Aparatın rəhbəri: Fuad Kərimov, telefon: 0124930636; 0124933944 (112) ala bilərlər.

İştirak haqqı – 260 manat.
Təşkilat: Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyi 
VÖEN: 1700451171
Hesab №: AZ33JTRE 00000000000002438301
Kodu: 210005
Müxbir hesabı: AZ41NABZ 01360100000000003944
S.W.I.F.T. BİK. JTREAZ22
Bank: Dövlət Xəzinədarlıq Agentliyi 
VÖEN: 1401555071
Büdcə səviyyəsinin kodu: 7
Büdcə təsnifatının kodu : 142340
İştirak haqqı heç bir halda geri qaytarılmır.


İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
- tenderdə iştirak etmək üçün yazılı müraciət;
- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- tender təklifi (zərflərin açıldığı tarixdən ən azı 30 bank günü qüvvədə olmalıdır);
- tender təklifinin dəyərinin 1 %-i həcmində bank təminatı (zərflərin açıldığı tarixdən 
ən azı 60 bank günü qüvvədə olmalıdır).
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə 
yetirilməsi, vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;

- İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq 
olunmuş maliyyə hesabatının surəti;
- İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
- İddaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və 
rekvizitləri;
- İddiaçılar müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları.

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır ( xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır).

Tender proseduru “ Dövlət satınalmaları haqqında”qanuna uyğun keçiriləçəkdir.

İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank zəmanəti istisna olmaqla ) 30 oktyabr 2014-cü il saat 17.00-a qədər, tender təklifi və bank zəmanətini isə möhürlənmiş ikiqat zərfdə 31 oktyabr 2014-cü il saat 17.00-a qədər
(ünvan: Bakı şəhəri, Ü.Hacıbəyli 84, Hökümət Evi) təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.

İddiaçıların təklifləri 22 oktyabr 2014-cü il tarixdə, saat 16.00-da yuxarıda göstərilən ünvanda açılacaqdır.

İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

TENDER KOMİSSİYASI
Azərbaycan qəzeti
13 sentyabr 2014-cü il № 199 (6765)









Onlayn Konsultasiya -

Onlayn Konsultasiya

?