Azərbaycan Respublikası	Müəllif Hüquqları Agentliyi

Kamran İmanov: “Nəzarət markalarının işlənməsi istiqamətində holoqramların tenderi elan olunub”


13 Oktyabr 2014 13:11


Cavid Zeynallı - APA.

“Hazırda əqli mülkiyyətin təminatı və piratçılığa qarşı qanunun müddəaları əsasında nəzarət markalarının işlənməsi istiqamətində ciddi iş gedir”. Bunu APA-ya açıqlamasında Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanov deyib.
Onun sözlərinə görə, nəzarət markalarının işlənməsi istiqamətində holoqramların tenderi elan olunub: “Nəzarət markası qorunan holoqramdır. Bu holoqramların tenderi artıq elan olunub. Amma nəzarət markası holoqramdan bir şeylə fərqlənir - nəzarət markasında xüsusi kod var, ona fərdiləşmə deyirlər. Kompüter proqramlarının, kitabların, CD və DVD-lərin üzərinə nəzarət markası qoyulacaq. Amma xüsusiyyət ondan ibarətdir ki, onu smartfonla oxumaq, bizim bazamıza daxil olub həqiqiliyini yoxlamaq imkanı olacaq”.









Onlayn Konsultasiya -

Onlayn Konsultasiya

?