Azərbaycan Respublikası	Müəllif Hüquqları Agentliyi

Kamran İmanov: “İcazəsi olmayan əsərlərin istifadəsi ilə bağlı monitorinqlər və lisenziyalaşdırma aparılacaq”


14 Oktyabr 2014 14:10


Cavid Zeynallı - APA.

“İnternetdə rəqəmli hüquqların qorunması ilə bağlı layihə başa çatıb. Biz proqram təminatı hazırlamışıq və internetdə icazəsi olmayan əsərlərin istifadəsi ilə bağlı monitorinqlər və lisenziyalaşdırma aparılacaq”.
Bunu APA-ya açıqlamasında Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanov deyib. Onun sözlərinə görə, hansı əsərlərə icazə verilibsə, onlar görünməyən nişanlar vasitəsi ilə göstəriləcək: “Bunun vasitəsi ilə biz kimə icazə vermişiksə, onu dərhal müəyyənləşdirə biləcəyik. Agentliyin nəzdində yaradılan əqli mülkiyyət hüquqlarının təminatı mərkəzi bu işləri hazırlayır. Burada iki xidmət olacaq: birinci xidmət real həyatda, yəni bazarda nəzarət markalarının tətbiqi ilə bağlı işləri aparacaq, digər xidmət isə internetdə müəllif hüquqların qorunmasını həyata keçirəcək. Bu, müəlliflərə qonorar yığmaq üçün müəyyən şərait yaradacaq. Çünki yığılan qonorar müəlliflərə veriləcək”.









Onlayn Konsultasiya -

Onlayn Konsultasiya

?