Azərbaycan Respublikası	Müəllif Hüquqları Agentliyi

“Azərbaycanda 46 plagiat faktı aşkarlanıb”


14.10.2014


http://www.olaylar.az/news/social/97261

Müəllif Hüquqları Agentliyindən (MHA) Modern.az-a verilən məlumata görə, 2014-cü ilin 9 ayı ərzində müəllif hüquqlarının poizulması və piratlığla bağlı 18 müraciət daxil olub. “MHA plagiatçılığa qarşı mübarizənin əhəmiyyətini dərk edərək, bu sahədə maarifləndirmə və məlumatlandırmaya xüsusi diqqət yetirir. Bu məqsədlə müəllif-hüquq məsələlərinə aid tədbirlər təşkil olunur, KİV-də məqalə və müsahibələr dərc olunur, TV və radio kanallarında verilişlər hazırlanır. Eyni ilə müəllif hüquqlarının pozulması ilə müraciətlərə baxılmasında operativliyin artırılması məqsədi ilə Agentliyin nəzdində ictimai əsaslarla fəaliyyət göstərən “Hüquq məsləhətxanası”nın, “qaynar xətt”in işi gücləndirilmiş, elektron poçt vasitəsilə müraciət etmək imkanları yaradılıb”. Agentlikdən bildirilib ki, onlara göndərilən hər bir müraciət müəllif-hüquq qanunvericiliyinin tələbləri baxımından dərhal araşdırılır və müvafiq tədbirlər görülür, zərurət yarandıqda aidiyyəti orqanlara göndərilir. “Son 6 ildə Agentlik tərəfindən 43 plagiat faktı aşkarlanıb ki, onlarında 26-ı son 3 ilin payına düşür. Bu faktların hər biri ilə bağlı müvafiq ölçülər götürülüb, o cümlədən Agentliyin rəyləri əsasında bir sıra dərsliklərə verilmiş qriflər ləğv olunub. Bəzi dərslik və kitabların satışdan və kitabxanalardan yığışdırılması və məhv edilməsi barədə məhkəmə qərarları qəbul edilib”.









Onlayn Konsultasiya -

Onlayn Konsultasiya

?