Azərbaycan Respublikası	Müəllif Hüquqları Agentliyi

I Respublika Əqli Mülkiyyət və İnnovasiya Sərgisi işə başladı - FOTO


http://moderator.az/?xeber=65587


Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanada Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi, İqtisadiyyat və Sənaye Nazirliyi, Müəllif Hüquqları Agentliyi və AMEA-nın birgə təşkilatçılığı ilə I Respublika Əqli Mülkiyyət və İnnovasiya Sərgisi öz işinə başladı.
Sərginin açılışında çıxış edən Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov tədbirin “Sənaye ili” çərçivəsində həyata keçirildiyini deyib. Qeyd edib ki, iqtisadi tərəqqi naminə, sənayenin effektivliyinin artırılması üçün yeni texnoloji metodlar və ixtiraların tətbiqi həlledici əhəmiyyətə malikdir. Yeni texnologiyalar və ixtiralar isə öz növbəsində elmi-texniki araşdırmalara, yaradıcı fəaliyyətin genişlənməsinə yönəldilməlidir. Rəqabət qabiliyyətli və innovativ sənaye müasir dünya bazarına çıxış üçün mühüm faktor kimi qiymətləndirilməlidir.
Komitə sədri əlavə edib ki, müasir sənayenin rəqabətqabiliyyətliyi artıq o qədər də investisiyaların həcmiylə deyil, daha çox innovativliyin səviyyəsi ilə ölçülməkdədir. Sənayenin effektivliyinə təsir edən bir çox iqtisadi və sosial indikatorlar sırasında texniki sahədə əldə olunmuş yeniliklər, modellər, sənaye nümunələri əsas amillər kimi rol oynayır.
Sonra çıxış edən AMEA-nın prezidenti, akademik Akif Əlizadə ölkə başçısı İlham Əliyevin “Azərbaycan Respublikasında 2014-cü ilin “Sənaye ili” elan edilməsi haqqında” Sərəncamını xatırladıb. Akademik bildirib ki, innovasiya sahəsində təşkil olunan bu cür sərgilər müasir texnologiyalara və insan kapitalına əsaslanan iqtisadiyyatın daha da sürətli inkişafının göstəricisidir.
Daha sonra tədbir iştirakçıları sərgi pavilyonları ilə tanış olublar. Sərgidə AMEA-nın elmi müəssisə və təşkilatları ilə yanaşı, Milli Aviasiya Akademiyası, "Azərenerji" ASC, Azərbaycan Elmi-Tədqiqat və Layihə-Axtarış Energetika İnstitutu, Yüksək Texnologiyalar Parkı, Sumqayıt Texnologiyalar Parkı, Müdafiə Sənayesi və Fövqəladə Hallar nazirlikləri, “ASAN xidmət” İnnovasiyalar Mərkəzi, Azərbaycan Texniki, Bakı Dövlət və Qafqaz universitetləri, SOCAR, eləcə də digər təşkilatlar, patent almış ixtiraçılar, sənaye sahəsində fəaliyyət göstərən özəl sektorun nümayəndələri öz sərgi pavilyonları ilə təmsil olunurlar.
Qeyd edək ki, sərgi dekabrın 25-nə qədər davam edəcək.

 


 









Onlayn Konsultasiya -

Onlayn Konsultasiya

?