Azərbaycan Respublikası	Müəllif Hüquqları Agentliyi

Kamran İmanov: “Piratçılığın səviyyəsi 30%-ə enib”


14 Yanvar 2015 18:40

Bakı. Cavid Zeynallı - APA.

“Piratçılığa qarşı müvafiq dövlət orqanları ilə birgə görülən tədbirlər nəticəsində piratçılığın səviyyəsi 2005-ci illə müqayisədə 61%-dən 30%-ə, o cümlədən audio-video məhsul bazarında 90%-dən 66%-ə, proqram təminatında 96%-dən 85%-ə enib”.

Bunu APA-ya açıqlamasında Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanov deyib.

Onun sözlərinə görə, agentlikdə 960 nömrəli “Qaynar xətt” və ictimai əsaslarla fəaliyyət göstərən “Hüquq məsləhətxanası” hüquq sahiblərinin müraciətlərinə baxılmasında və qaldırdıqları məsələlərin operativ qaydada həllində səmərəliliyi artırıb: “1200-dən artıq şəxsin agentliyə müraciət və sorğuları operativ şəkildə cavablandırılıb, müəlliflər və hüquq sahiblərinin müraciətləri əsasında iddia ərizələri tərtib edilib və tərtib edilməsində kömək göstərilib, dövlət və məhkəmə orqanlarının sorğuları əsasında müəllif-hüquq məsələləri ilə bağlı 10 ekspert rəyi hazırlanıb”.

K.İmanov əlavə edib ki, “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyasından irəli gələn aidiyyəti vəzifələrin icrasının təmin edilməsi məqsədi hazırda əsərlərin və qeyri-maddi irsin, o cümlədən folklor nümunələrinin kontentinin milli reyestrinin, müəllif-hüquq lisenziyaları ilə təmin olunan açıq təhsil resurslarının yaradılması üzərində iş aparılır: “Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında” qanunun icrası ilə əlaqədar yeni elektron xidmətlərin yaradılması üzrə tədbirlər davam etdirilir və bu işlər yekunlaşdırma mərhələsindədir”.









Onlayn Konsultasiya -

Onlayn Konsultasiya

?