Azərbaycan Respublikası	Müəllif Hüquqları Agentliyi

Kamran İmanov: “Görəcəyimiz işlərlə erməniləri ifşa edəcəyik”


Bakı. 21 aprel 2015. REPORT.AZ/ 

“Ermənilər tərəfindən sifariş olunan “kitablar”, onların muzdla yazdırdıqları “əsərlər” dünyaya yalan toxumunu səpirlər”.
“Report”un məlumatına görə, bunu Azərbaycan Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanov deyib.
Onun sözlərinə görə, ermənilər bu cür addımlarla ictimai rəyi çaşdırırlar: “Bu yalanları ifşa etmək üçün addımlar atırıq, bundan sonra da atacağıq. Görəcəyimiz işlərlə onları ifşa edəcəyik. Müəllif Hüquqları Agentliyi cənab prezidentin tapşırığına əsasən ciddi fəaliyyət göstərir. Azərbaycan xalqının mənaviyyatına, milli qururuna qarşı çıxanlara qarşı mübarizə aparmağı tarixi hökm kimi qarşımıza məqsəd qoymuşuq”.









Onlayn Konsultasiya -

Onlayn Konsultasiya

?