Azərbaycan Respublikası	Müəllif Hüquqları Agentliyi

“Ermənilərin sifariş etdiyi “kitab”lar dünyaya yalan toxumu səpir”


Aprel 21, 2015 12:23 

http://news.milli.az/society/335562.html

Bu gün Bakıda "Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü"nə həsr olunmuş "Müəllif və riyakarlıq, kitab və yalan" (erməni tarixi saxtakarlıqları silsiləsindən) mövzusunda konfrans keçirilir.
Trend-in məlumatına görə, Müəllif Hüquqları Agentlikləri tərəfindən təşkil olunan tədbirdə Azərbaycanın dövlət qurumlarının əməkdaşları, millət vəkilləri, Türkiyədən gələn nümayəndələr və digər qonaqlar iştirak edirlər.
Agentliyin sədri Kamran Эmanov konfransda çıxışında bildirib ki, tanınmış avstriyalı tarixçi Erik Fayql "Erməni mifomaniya" kitabında yazdığı kimi "…Erməni terrorizminin kökləri tarixə yanlış baxımdan irəli gəlir… Müasir erməni terroristlərinin unikallığı ondadır ki, tarix (daha doğrusu, tarixə öz baxışı) onlar üçün yeganə bəraətdir". Odur ki, "insanlıqdan uzaq əməllərə bəraət qazanmaq məqsədilə tarixin yenidən yazılması terrorçuluğun unikal xüsusiyyətidir":
"Bəli, bu həqiqətən belədir. Siyasi mifologiya və tarixi uydurmalar, digər xalqın torpaqlarına və mədəni irsinə iddialar, etnik təmizlənməyə və ksenofobiyaya çağırışlarla dolu kitablar nəinki mədəni mübadilənin, qarşılıqlı zənginləşmənin əksinə işləyir. Yalanla dolu kitablar savaş və terrora yol açır".
Agentlik sədri qeyd edib ki, bununla belə, ermənilər folklor yaradıcılığının bir növünə – mif yaradıcılığına çox meyllidirlər:
"Bu, doğrudan da, “milli istedaddır”. İstər “Böyük Ermənistan”, yaxud “böyük erməni mədəniyyəti”, istərsə də sivilizasiyanın erməni ilk ocağı haqqında miflər, “erməni genosidi”, yaxud Azərbaycanda ermənilərin hüquqlarının pozulması haqqında miflər olsun. Və əlbəttə ki, bu, Cənubi Qafqazın, ilk növbədə Azərbaycanın bütün mədəni irsinin “ağıllı ermənilər”dən başlandığı barədə mifdir. Erməni miflərini saymaqla qurtarmaz. Onların hamısı məqsəd quruluşuna və praktiki təyinatına görə birləşərək, siyasi mifologiya kateqoriyasına aid olur".
K.İmanov bildirib ki, erməni etnik aləminin mənzərəsinin bir hissəsi olan məhz bu mifologiya xarici reallığın və buradakı əxlaq mexanizminin erməni etnosu tərəfindən qavranılması üsulunu müəyyən edir:
"Fikir verin. Bir neçə müasir politoloqların, o cümlədən S.B.Luryenin araşdırmalarına əsasən, digər xalqlardan fərqli olaraq, erməni siyasi düşüncəsinin xüsusiyyəti geosiyasi xarakter daşıyaraq, ermənilərin yaşadığı yerlər əsasında müəyyən coğrafi xəritə qurmaq və yaşadığı yerləri özləri üçün növbəti “Ermənistan” adlandırmaqdan ibarətdir. Elə erməni alimlərin etirafına əsasən, ermənilər hazırda etno-konfessional cəhətdən fərqlənən 11 subetnik qruplar təşkil edir və əlavə edim ki, 28 “Ermənistan” hesablanaraq mümkündür. Sual əmələ gəlir: hansı “Ermənistanın tarixi”ni yazarsan? Odur ki, avtoxton xalqlardan fərqli olaraq, erməni alimləri “Ermənilərin tarixi”ni, bir sözlə, etnosun tarixini yazmaq məcburiyyəti qarşısındadırlar. Ya da “Hayastan” adlı ölkəsi olmayan mifoloji hayların tarixini yazırlar və burada digər xalqların ərazisindən və tarixindən söhbət açırlar".
K.İmanov vurğulayıb ki, bu mifologiya “böyük torpaqlar” stereotipini və qonşulara qarşı ərazi iddialarını bir-birinə bağlayır, məhz bu mifologiya qonşuların mədəni irsinin mənimsənilməsinə təbiilik verir, hətta üstəlik, “legitimlik” gətirir.
K.İmanov əlavə edib ki, Azərbaycan xalqının mədəni irsinin yüz illər boyunca ermənilər tərəfindən "Gəldim, gördüm,… mənimsədim" prinsipi üzrə oğurlanması onların torpaqlarımıza olan ərazi iddiaları ilə sıx bağlıdır.
O qeyd edib ki, "Böyük Ermənistan" haqqında mifin reanimatorlarının niyyətləri kifayət qədər aydındır: "Gəlmə etnos olan ermənilər onlara məxsus olmayan torpaqlara aid ərazi iddialarının "əsaslandırılmasını" həmin torpaqların həqiqi sakinlərinə məxsus olan maddi və qeyri-maddi irsin qavranılması, mənimsənilməsi və erməniləşdirilməsi ilə əlaqələndirirlər. Ermənilərin əqli və maddi-mədəni oğurluqları tarixi-coğrafi uydurmalarla, özlərinə yalançı tarix formalaşdırmaqla və əlbəttə ki, Azərbaycanın və bütövlükdə bölgənin tarixini təhrif etməklə “dada gətirilir”.
———
11:08
Bu gün Bakıda "Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü"nə həsr olunmuş "Müəllif və riyakarlıq, kitab və yalan" (erməni tarixi saxtakarlıqları silsiləsindən) mövzusunda konfrans keçirilir.
Trend-in məlumatına görə, Müəllif Hüquqları Agentlikləri tərəfindən təşkil olunan tədbirdə Azərbaycanın dövlət qurumlarının əməkdaşları, millət vəkilləri, Türkiyədən gələn nümayəndələr və digər qonaqlar iştirak edirlər.
Agentliyin sədri Kamran Эmanov jurnalistlərə bildirib ki, konfransın adının bu cür seçilməsi heç də təsadüfi deyil: "Ermənilər tərəfindən sifariş olunan "kitab"lar, yaxud onların özlərinin yazdığı və ya xarici muzdlu müəlliflər tərəfindən yazılan "əsərlər" riyakarlığa əsaslanaraq dünyaya yalan toxumu səpir və ictimai rəyi çaşdırır, ermənisayağı həqiqətləri qəbul etdirməyə çalışırlar. Təbii ki, biz bu günə qədər buna qarşı öz mübarizəmizi aparmışıq və aparacağıq. Bu yalanları ifşa etmişik və edəcəyik".
K.İmanov bildirib ki, Müəllif Hüquqları Agentliyi prezident İlham Əliyevin tapşırığına əsasən öz funksiyalarından birini informasiya savaşında təbliğat hücumuna yönəldir:
"Ulu öndər Heydər Əliyevin məşhur sözləri var – "Azərbaycan xalqının mənəviyyatına, onun milli qüruruna, mənliyinə yönəlmiş böhtanlara qarşı mübarizə aparmağı biz özümüzə tarixi bir hökm kimi qəbul edirik. Biz bununla bağlı işimizi aparmışıq və aparacağıq".

Milli.Az









Onlayn Konsultasiya -

Onlayn Konsultasiya

?