Azərbaycan Respublikası	Müəllif Hüquqları Agentliyi

Erməni yalanları ifşa olunur


21.04.15

http://www.aztv.az/readnews.php?lang=az&id=19267

Erməni tarixi saxtakarlıqları silsiləsindən "Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü”nə həsr olunan “Müəllif və riyakarlıq, kitab və yalan” mövzusunda konfrans keçirilib. Müəllif Hüquqları Agentliyi tərəfindən təşkil olunan tədbirdə Azərbaycanın dövlət qurumlarının təmsilçiləri, millət vəkilləri, Türkiyədən gələn nümayəndələr və digər qonaqlar iştirak ediblər. “Müəllif və riyakarlıq, kitab və yalan” mövzusundakı konfransın əsas məqsədi erməni yalanlarını ifşa etməkdir. Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanov tədbirdə çıxışı zamanı belə dedi. Bildirdi ermənilər yalanlar üzərində qurulan əsərləri ilə tarixi saxtalaşdırır. Bu cür saxtakarlıqlar yolverilməzdir. Tarixin yenidən yazılması isə terrorçuluğun unikal növüdür. Vurğulandı ki, ermənilərin uydurduğu miflər məqsəd və quruluşuna görə siyasi mifologoyadır. Ermənilərin tarix boyu mədəni irsimizi oğurlanması da ərazi iddiaları ilə sıx bağlıdır.ədbirdə ulu öndər Heydər Əliyevin və prezident İlham Əliyevin müəllif hüququ sisteminin formalaşdırılması və inkişafındakı xidmətlərindən də söz açıldı. YUNESKO üzrə Azərbaycan Milli Komissiyasının birinci katibi Günay Əfəndiyeva bildirdi ki, son dövrlərdə Azərbaycanın tarixi, ədəbiyyyatı, mədəniyyətini əks etdirən kitablar müxtəlif xarici dillərə tərcümə olunub. Bu işdə Azərbaycan dövləti ilə yanaşı, Heydər Əliyev Fondunun da müstəsna xidmətləri var. Tədbirdə YUNESKO səviyyəsində azərbaycanlıların mədəni irsinin qorunması sahəsində görülən işlərdən danışıldı, ermənilərin bütün təxribatlarına elə ilk anlardan tutarlı cavab verildiyi qeyd olundu. Sonra YUNESKO-nun baş direktoru İrina Bokovanın müraciəti oxundu. Dövlətimiz və Heydər Əliyev fondunun təşəbbüsü ilə Azərbaycan həqiqətlərinin dünyada yayılması istiqamətində görülən işlərdən danışan Mədəniyyət və Turizm nazirinin müavini Vaqif Əliyev, Prezident Adminstrasiyasının sektor müdiri Fuad Axundov, Təhsil nazirinin müavini Firuddun Qurbanov, Milli Təhlükəsizlik nazirliyinin aparat rəhbəri Fərhad Vahabov erməni yalanlarını ifşa etmək məqsədi ilə reallaşdırılan layihələrdən, o cümlədən ermənilərin "qondarma soyqırımı" ilə bağlı tarixi araşdırmaların aparılmasından boyun qaçırdıqlarından danışdılar. Ulu öndər Heydər Əliyev və Prezident İlham Əliyevin TÜRKSOY-a göstərdikləri dəstəyi xüsusi qeyd edən qurumun baş katibi Düsen Kaseinov konfransın erməni yalanlarını ifşa etmək baxımından rolunu yüksək qiymətləndirdi, ermənilərin tarixi saxtalaşdırılmasına qarşı apardıqları riyakər siyasətə qarşı mübarizədə birləşmənin əhəmiyyətini vurğuladı.Düsen Kaseinov-TÜRKSOY-un Baş katibi: Yalan və faktları saxtalaşdırma istər siyasət, istər tarix, istərsə də elmdə yol verilməzdir. Bu konfransda alimlər tarixi sənədlərə əsaslanaraq tarixi yalanları ifşa edirlər. Həqiqət uğrunda mübarizə aparmaq lazımdır. Bu mübarizədə istedadlı gənc alimləri bir araya toplamaq da vacibdir. Sonra türk dünyasının həqiqətlərinin təbliğindəki xidmətlərinə görə, bir qrup şəxsə qurumun medalları təqdim edildi. Konfrans "Özü-özünü təkzib edən erməniçilik müəllif hüququ" və "Saxtakar tarixçi Xorenatsi müasir erməni saxtakarlarının təqdimatında" mövzularında məruzələrlə davam etdi.









Onlayn Konsultasiya -

Onlayn Konsultasiya

?