Azərbaycan Respublikası	Müəllif Hüquqları Agentliyi

Mərkəzi icra hakimiyyəti orqanlarında lisenziyalı proqram təminatı məsələləri həll olunub


Tarix:14/07/15

http://www.ictnews.az/read-37779-news-1.html

Dövlət orqanlarının və təhsil sistemi müəssisələrinin tam lisenziyalı proqram təminatına keçməsi ilə bağlı müvafiq dövlət orqanları tərəfindən görülən işlər sürətləndirilir.

“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, Bunu Müəllif Hüquqları Agentliyində (MHA) “Microsoft” şirkətinin Azərbaycan üzrə nümayəndəliyinin baş direktoru Rüfət Hacıəlibəyovla keçirilən görüşdə agentliyin sədri Kamran İmanov deyib.

MHA sədri qeyd edib ki, mərkəzi icra hakimiyyəti orqanlarında və orta təhsil məktəblərində lisenziyalı proqram təminatı məsələləri artıq həll edilib. 

Bu sahədə müvafiq tədbirlərin görülməsində Müəllif Hüquqları Agentliyi tərəfindən öz səlahiyyətləri daxilində müvafiq qurumlara hər cür kömək göstərilir və gələcəkdə də göstəriləcək, - deyə K.İmanov qeyd edib.

CAHANGİR









Onlayn Konsultasiya -

Onlayn Konsultasiya

?