Azərbaycan Respublikası	Müəllif Hüquqları Agentliyi

Bakıda beynəlxalq seminar işə başlayıb


17.09.2015 11:34

http://sia.az/ru/news/social/500255-bakida-beynelxalq-seminar-ise-baslayib

Bu gün Bakıda Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyinin, “Azərbaycan Müəllifləri” İctimai Birliyinin və Reproqrafik Hüquqları Təşkilatlarının Beynəlxalq Federasiyasının (İFRRO) birgə təşkilatçılığı ilə “Mətn və təsvir sahəsində hüquqların kollektiv idarəçiliyi. Reproqrafik hüquqlar” mövzusunda beynəlxalq seminar işə başlayıb. SİA-nın məlumatına görə, tədbirin əhəmiyyəti İFRRO-nun əsas prinsiplərinə uyğun olaraq müəlliflik hüququnun ictimai və institusional vacibliyini təsdiq etmək, hüquqların kollektiv idarəedilməsini genişləndirmək və milli strukturların təcrübə mübadiləsi əsasında müasir rəqəmli çağırışlara cavabların axtarışından ibarətdir.
Tədbirdə Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanov açaraq bildirib ki, qurumun nəzdində yaradılmış Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzində (HTM) monitorinq, lisenziyalaşdırma və rəqəmli hüquqların idarəçiliyi sisteminin yaradılması üzrə işlər tamamlanma mərhələsinə çatdırılıb, interaktiv Tədris Mərkəzi fəaliyyətə başlayıb: “HTM-in əsas vəzifə və funksiyaları səlahiyyətləri daxilində əqli mülkiyyət hüquqlarının təminatı ilə bağlı tədbirlər görmək, rəqəmli şəbəkələrdə hüquqların idarəçiliyini təşkil etmək, həmçinin əqli mülkiyyət mədəniyyətinin formalaşdırılmasında və əqli mülkiyyət sahəsində araşdırmaların aparılmasında iştirak etməkdən ibarətdir”.
K.İmanov ölkəmizin piratçılığa qarşı beynəlxalq səviyyədə mübarizənin fəal iştirakçılarından biri olduğunu söyləyib. Diqqətə çatdırıb ki, aidiyyəti dövlət qurumları ilə birlikdə keçirilən müvafiq tədbirlər nəticəsində 2014-cü ildə ölkəmizdə piratçılığın səviyyəsi kitab nəşri sahəsində 2005-ci illə müqayisədə 31%, audio-video məhsulları bazarında 24%, proqram təminatında 11% aşağı düşüb.
Daha sonra müxtəlif ölkələrdən olan mütəxəssislərin mövzu üzrə fikir və təklifləri dinlənilib. Belə ki, on ölkədən iyirmiyə yaxın nümayəndənin iştirak etdiyi beynəlxalq seminar iki gün davam edəcək. Tədbirin yekununda “Bakı Deklarasiyası” imzalanacaq. 

Zaurə Əmirova









Onlayn Konsultasiya -

Onlayn Konsultasiya

?