Azərbaycan Respublikası	Müəllif Hüquqları Agentliyi

Xəbərlər

2015-ci il 3 fevral tarixində Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanov ilə Türkiyə Respublikasının Bakıdakı Səfirliyinin Mədəniyyət və Tanıtma Müşaviri Seyid Ahmet Arslan və Türkiyə Elm və Ədəbiyyat Əsəri Sahibləri Məslək Birliyinin (İLESAM) Genel başkanı Mehmet Nuri Parmaksız arasında görüş keçirilmişdir


Görüşdə elm və ədəbiyyat əsərlərinin birgə layihələr əsasında Azərbaycan və Türkiyə ərazilərində istifadəsi, təbliği və yayılması, həmçinin istifadə olunacaq əsərlərə müəllif hüquqlarının tənzimlənməsi ilə bağlı məsələlər müzakirə olunmuş, bu sahədə əməkdaşlığın daha da dərinləşməsində bu cür görüşlərin əhəmiyyəti xüsusi vurğulanmışdır. Müzakirələrin nəticəsi olaraq, konkret layihələrin hazırlanması və həyata keçirilməsi qərara alınmışdır. 

Görüşün sonunda Seyid Ahmet Arslan və Mehmet Nuri Parmaksız səmimi qəbula görə Kamran İmanova öz təşəkkürlərini bildirmiş, K. İmanov isə elm və ədəbiyyat əsərlərinin istifadəsi və təbliği sahəsində bu cür layihələrin həyata keçirilməsinin qardaş xalqlarımız arasında əməkdaşlığın daha da möhkəmlənməsinə xidmət edəcəyinə əmin olduğunu bildirmişdir.

 

04.02.2015









Onlayn Konsultasiya -

Onlayn Konsultasiya

?