Azərbaycan Respublikası	Müəllif Hüquqları Agentliyi

Xəbərlər

Ümumdünya Əqli Mülkiyyət günü, 2015-ci ildə – “Qalx, ayağa dur. Musiqi üçün”. Baş Direktor Frensis Qarrinin müraciəti


Musiqi ətrafımızda baş verən qeyri-adi inqilabın bir hissəsidir, elə inqilabın ki, yaradıcılıq işlərinin yaradılması, yayılması və istifadəsi metodlarını əsaslı olaraq dəyişdirir. 
Rəqəmli texnologiyaya və İnternetə minnətdarlığımızı bildiririk ki, biz indi əvvəlkinə nisbətən musiqiyə daha çox əlçatımlığa nail olmuşuq. İnternet musiqi üçün qlobal bazarda yer və qlobal məkan yaradıb. Bu, dünyanın bütün musiqisevərləri üçün çox gözəldir. 
Biz əmin olmalıyıq ki, yeni rəqəmsal iqtisadiyyatda yaradıcıları və ifaçıları nəzərdən qaçırmamışıq. Onların roluna bu yeni sistemlərdə kifayət qədər dəyər verilirmi? Bu, çox mühüm bir məsələdir. Mədəniyyətin dinamik inkişafı üçün müəlliflərin, bəstəkarların, nəğməkar şairlərin və ifaçıların layiqli yaşamasını təmin etmək üçün yaratdıqları musiqili əsərlərin müqabilində gəlir götürmələri əsas məsələdir. Onlar olmasalar, bizim də musiqimiz olmaz. 
Musiqinin yaradılmasına və ifasına böyük yaradıcılıq, şəxsi, sosial və iqtisadi səylər sərf edilir. Biz iqtisadiyyatda onun dayanıqlığının təmin olunmasının bir yolunu tapmalıyıq. Beynəlxalq Əqli Mülkiyyət günü üçün mənim müraciətim budur – musiqini adi qəbul etməyin; onu dəyərləndirin. 
Bu gün “musiqi üçün qalxmaq, ayağa durmaq” günüdür - musiqiçilərimizə ədalətli münasibəti, onların yaradıcılıqlarının və həyatımıza verdikləri unikal töhfənin dəyərləndirilməsini təmin etməliyik.









Onlayn Konsultasiya -

Onlayn Konsultasiya

?