Azərbaycan Respublikası	Müəllif Hüquqları Agentliyi

Xəbərlər

Dünya İqtisadi Forumunun 2015-2016-cı illər üçün Rəqabətqabiliyyətlilik İndeksinin yayılması ilə əlaqədar Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyinin ilkin şərhi


Dünya İqtisadi Forumunun bu günlərdə yaydığı 2015-2016-cı illər üçün Rəqabətqabiliyyətlilik İndeksinin, hansında ki, Azərbaycan dünyanın 140 ölkəsi arasında 40-cı yeri tutmaqla, ötən illərdə olduğu kimi, yenə də MDB məkanında özünün liderliyini təsdiq etmişdir, ilkin təhlili aparılmışdır.

“İnstitutlar” indeksaltında (sütununda) (“Əqli mülkiyyətin qorunması” fəsli) verilən əqli mülkiyyətin qorunmasına dair məlumatlara görə, statusunun bir qədər aşağı – 92-ci yerə - düşməsinə baxmayaraq, Azərbaycan Cənubi Qafqazda liderlik edir, bütövlükdə isə MDB ölkələri arasında Rusiya ilə Ukraynanı (müvafiq olaraq, 124-cü və 120-ci yer) qabaqlayaraq, ilk üçlüyə daxildir.

Əqli mülkiyyətin qorunması ilə sıx bağlı olan “İnnovasiyalar” indeksaltında (sütununda) Azərbaycan 61-ci yeri tutur, Cənubi Qafqazda liderlik edir və MDB çərçivəsində yalnız Ukraynadan (54-cü yer) geri qalır.

Qlobal Rəqabətqabiliyyətlilik İndeksinin məlumatlarının Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT) bir neçə elmi strukturlarla birgə hazırladığı 2015-ci il üzrə əvvəllər yayımlanmış məlumatları ilə müqayisəsindən görünür ki, müəlliflik hüququnun qorunmasının olduqca mühüm indikatoru olan və müəlliflik hüququ ilə qorunan kreativ industriyanın (sənayenin) əsasını təşkil edən “Yaradıcı (kreativ) məhsullar və qulluqlar” fəslində əks olunmuş parametrlərə görə Azərbaycan 144 ölkə arasında 68-ci yeri tutur, və, bununla MDB ölkələrinin liderlərindən biri olaraq, Rusiyanı 10 bənd, Qazaxıstanı – 18 bənd və Ukraynanı – 19 bənd qabaqlayır.


01.10.2015









Onlayn Konsultasiya -

Onlayn Konsultasiya

?