Azərbaycan Respublikası	Müəllif Hüquqları Agentliyi

Azərbaycan mülkiyyət hüquqları üzrə dünya reytinqinə daxil olub


21 YANVAR 2016, 17:12 (GMT+04:00)

Bakı. Hüseyn Vəliyev - Trend:


Mülkiyyət Hüquqları Alyansı (Property Rights Alliance) "Beynəlxalq Mülkiyyət Hüquqları İndeksi" üzrə məlumatları dərc edib və ilk dəfə olaraq Azərbaycanı illik mülkiyyət hüquqları üzrə dünya reytinqinə (International Rights Property Index) daxil edib. Bu barədə Trend-ə Azərbaycan Müəllif Hüquqları Agentliyindən deyiblər.
Bu il Azərbaycan 129 ölkə arasında 103-cü yeri tutub. Bir neçə göstəricini birləşdirən indeks və reytinq əqli mülkiyyət hüquqlarının qorunmasını da qiymətləndirir.
Alyansın təhlilində Azərbaycanda əqli mülkiyyət (ƏM) hüquqları subindeksi "ƏM hüquqları qorunması" - 4,2 bal, "piratçılığın səviyyəsi" - 1,5 bal komponentləri ilə 2,8 bal qiymətləndirilib. 4,2 bal olan "ƏM hüquqları qorunması" komponenti Azərbaycana 129 ölkə arasında 73-cü yeri tutmağa imkan verir. 1,5 bal olan "piratçılığın səviyyəsi" isə 105 ölkə arasında 95-ci yeri təmin edir və BSA (Business Software Alliance) məlumatlarına əsaslanır.
Agentliyin məlumatına görə, Azərbaycanda piratçılıq komponenti səviyyəsinin son 10 ildə 96-dan 85 faizədək azalmasına baxmayaraq, hələ də yüksək olaraq qalır və bu, ölkə üzrə ümumi göstəricini (ƏM hüquqları qorunması və piratçılığın səviyyəsi) 2,8 baladək azaldır.
Bununla əlaqədar piratçılıqla, ilk növbədə, kompüter piratçılığı ilə mübarizə aktual problem olaraq qalır.
Gürcüstan üzrə "ƏM hüquqları qorunması" və "piratçılığın səviyyəsi"komponentləti müvafiq olaraq 3,4 və 1 bal təşkil edir ki, bu da ümumi göstəricini 2,2 bal səviyyəsində müəyyənləşdirir. Ermənistan üzrə bu göstəricilər isə müvafiq olaraq 4,1 və 1,4 bal təşkil edir ki, bu da ümumi göstəricini 2,7 bal müəyyən edir.
Azərbaycanın ümumi göstəricisinin 2,8 bal səviyyəsində olması ondan xəbər verir ki, o, Cənubi Qafqaz ölkələri arasında liderlik edir.









Onlayn Konsultasiya -

Onlayn Konsultasiya

?