Azərbaycan Respublikası	Müəllif Hüquqları Agentliyi

Kitab satışı, audio-video məhsul bazarında piratçılığın səviyyəsi azalıb


03 Fevral 2016

Bakı. Fərid Mirzəyev – APA.


“Piratçılığın səviyyəsinin azaldılması istiqamətində görülən tədbirlər nəticəsində 2005-ci illə müqayisədə kitab satışı sahəsində piratçılıq 61%-dən 30%-ə, audio-video məhsul bazarında 90%-dən 65%-ə, proqram təminatında 96%-dən 85%-ə düşüb”.

APA-nın xəbərinə görə, bu haqda Müəllif Hüquqları Agentliyinin (MHA) illik hesabatında bildirilib.

Hesabatda qeyd olunub ki, ötən il ərzində 236 müəllifin 703 əsəri qeydiyyatdan keçirilib: “Əsərin qeydiyyatı haqqında 458 şəhadətnamə verilib, o cümlədən “Elektron xidmət” bölməsi vasitəsilə müəlliflərin 35 müraciəti əsasında 40 əsər qeydiyyatdan keçirilib və əsərin qeydiyyatı haqqında 40 şəhadətnamə verilib. Bununla yanaşı, hesabat ilində 13 müqavilə qeydiyyata alınıb”.









Onlayn Konsultasiya -

Onlayn Konsultasiya

?