Azərbaycan Respublikası	Müəllif Hüquqları Agentliyi

Erməni saxtakarlıqlarına qarşı əsaslı işlər görülür


05.02.2016

http://www.itv.az/


Ermənistanın işğal etdiyi ərazilərdə 13 dünya, 292 milli, 330 yerli əhəmiyyətli abidə dağıdılıb və ya istifadəyə yararsız hala salınıb.
Bu barədə “Müəllif Hüquqları Agentliyinin illik hesabatında qeyd olunub”. Bundan başqa, milli-mədəni dəyərlərimiz və tariximizin saxtalaşdırılmasının qarşısını almaq məqsədilə erməni uydurmalarına əsaslı cavablar verilib.
Ermənilər öz ərazi iddialarını əsaslandırmaq üçün işğal etdikləri torpaqların həqiqi sakinlərinə məxsus maddi və qeyri-maddi mədəni irsin mənimsənilməsi və erməniləşdirilməsi ilə bağlı müxtəlif yollara əl atırlar. Bunun mümkünsüz olduğunu gördükdə isə, minillik tarixə malik bu irs məhv edilir.
Ermənistanın işğal etdiyi ərazilərdə 13 dünya, 292 milli, 330 yerli əhəmiyyətli abidə dağıdılıb. Bundan əlavə 40 min eksponatın saxlanıldığı 22 muzey, 4 rəsm qalereyası yerlə yeksan olunub. 927 kitabxana, 4,6 milyon nüsxə kitab və qiymətli əlyazmalar məhv edilib. Bu haqda məlumat Müəllif Hüquqları Agentliyinin illik hesabatında dərc olunub.
Müəllif Hüquqları Agentliyinin şöbə müdiri Nadirə Bədəlbəyli: "9 tarixi saray, 6 dövlət teatrı, 368 klub dağıdılmış və talan edilmişdir. Qədim yaşayış məskəni olan Azıx mağarası da daxil olmaqla, 200-dən artıq paleontoloji və geoloji abidə qəsb edilib".
Hesabatda bildirilir ki, ötən il Ermənistan kütləvi informasiya vasitələrində Azərbaycana məxsus Qarabağ atları ilə bağlı uydurmalar və təndirin ermənilər tərəfindən özününküləşdirilməsi, Azərbaycanın qədim rəqslərindən olan “Köçəri”nin erməni milli dəyəri kimi UNESCO-nun Dünya Mədəni İrs siyahısına daxil edilməsi üçün məsələ qaldırılması ilə əlaqədar elmi-etimoloji, tarixi faktlarla iddiaların əsassızlığı sübuta yetirilib. Erməni saxtakarlıqlarını ifşa edən “Erməni yadelli nağılları”, “Gəldim, gördüm, mənimsədim” kitablarının rus, ingilis, fransız və müxtəlif dillərdə təkrar yayımı həyata keçirilib.
"Burada ermənilərin özlərinin alimləri etiraf edirlər ki, bizim dastanlar, aşıqlar hamısı onlardan bəhrələniblər. Öz adlarına çıxarıblar. Yeni əsərlər yaradıblar. Erməni alimləri özləri etiraf edirlər bu kitabda".
Hazırda bu saxtakarlıqlara qarşı əsaslı tarixi faktlardan ibarət “Erməni tarixi uydurmalarının tarixinə giriş” kitabı geniş formada nəşrə hazırlanır.









Onlayn Konsultasiya -

Onlayn Konsultasiya

?