Azərbaycan Respublikası	Müəllif Hüquqları Agentliyi

Kamran İmanov: “Ölkədə milli anti-plagiat sisteminin yaradılmasına ehtiyac var”


10:44 07-04-2016

Bakı. Cavid Zeynallı – APA.


“Azərbaycanda plagiat probleminin mövcudluğunu danmaq mümkün deyil”

APA-nın məlumatına görə, bunu Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanov deyib. Agentlik sədrinin sözlərinə görə, elm, dərslik və musiqi sahəsində plagiatlıq halları ölkəmizdə daha geniş yayılıb:

“Son dövrlərdə agentlik tərəfindən 52 plagiat faktı araşdırılıb ki, onların da 9-u 2015-ci ilə təsadüf edir. Ölkədə milli anti-plagiat sisteminin yaradılmasına ehtiyac var. Müəllif Hüquqları Agentliyi tərəfindən müəllif-hüquq qanunvericiliyi nöqteyi-nəzərindən sistem üçün ümumi prinsipləri, alqoritmləri və tələblər hazırlanıb. Eyni zamanda, proqram təminatının texniki şərtləri, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təklifləri də artıq hazırdır. Mövcud dünya təcrübəsi də nəzərə alınmaqla, Elmlər Akademiyasının müvafiq strukturları ilə birgə bunların əsasında mərkəzləşmiş biliklər bazası, daha doğrusu, rəqəmli əsərlərin saxlanma yeri və anti-plagiat informasiya axtarışı sistemi yaradılması işinə start verilməsinə xüsusi diqqət yetirilməsi vacibdir”.









Onlayn Konsultasiya -

Onlayn Konsultasiya

?