Azərbaycan Respublikası	Müəllif Hüquqları Agentliyi

Azərbaycan Hökuməti ilə Ümumdünya Əqli Mülkiyyət Təşkilatı arasında Anlaşma Memorandumu imzalanıb


05.06.2018 [14:15]

 

https://azertag.az/xeber/Azerbaycan_Hokumeti_ile_Umumdunya_Aqli_Mulkiyyet_Teskilati_arasinda_Anlasma_Memorandumu_imzalanib-1169621

 

Xəyalə Məmmədova, AZƏRTAC

 

 

İyunun 5-də Azərbaycan Hökuməti ilə Ümumdünya Əqli Mülkiyyət Təşkilatı arasında Anlaşma Memorandumu imzalanıb.

AZƏRTAC xəbər verir ki, Memorandum Azərbaycanın Baş nazirinin müavini Əli Əhmədovun Ümumdünya Əqli Mülkiyyət Təşkilatının baş direktoru Frensis Qarri ilə görüşündə imzalanıb.

Əli Əhmədov Azərbaycanda əqli mülkiyyət sahəsinin inkişafının və bu sahədə beynəlxalq əməkdaşlığın genişləndirilməsinin prioritet olduğunu qeyd edib. Vurğulanıb ki, ölkəmiz Ümumdünya Əqli Mülkiyyət Təşkilatının həyata keçirdiyi layihələri dəstəkləyir və bundan sonra da əməkdaşlığın inkişaf etdirilməsində maraqlıdır.

Azərbaycana səfərindən məmnunluğunu ifadə edən baş direktor Frensis Qarri ölkəmizin

Ümumdünya Əqli Mülkiyyət Təşkilatının reallaşdırdığı layihələrə göstərdiyi dəstəyi yüksək dəyərləndirib. Qonaq əməkdaşlığın bundan sonra da inkişafının əhəmiyyətini vurğulayıb.









Onlayn Konsultasiya -

Onlayn Konsultasiya

?