Azərbaycan Respublikası	Müəllif Hüquqları Agentliyi

Ümumdünya Əqli Mülkiyyət Təşkilatının baş direktoru ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib


05 İyun 2018

 

http://www.azerbaijan-news.az/index.php?mod=3&id=148461

 

 

Azərbaycanda səfərdə olan Ümumdünya Əqli Mülkiyyət Təşkilatının baş direktoru Frensis Qarri iyunun 5-də Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə əklil qoyub.

AZƏRTAC xəbər verir ki, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb.

Sonra Şəhidlər xiyabanına gedən qonaq Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini yad edib, məzarları üzərinə gül dəstələri düzüb. “Əbədi məşəl” abidəsinin önünə əklil qoyulub.

Qonaq Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edib.









Onlayn Konsultasiya -

Onlayn Konsultasiya

?